Tarix-filologiya fakültəsi 1967-ci ildə yaranmışdır. Tarix-filologiya fakültəsi 1995-ci ildən Tarix, Azərbaycan dili və ədəbiyyat, hüquqşünaslıq, kitabxanaçılıq, tarix və əlavə hüquq müəllimliyi təhsil ixtisasları fəaliyyət göstərmişdir. Hüquqşünaslıq ixtisası 1998-ci ildə İqtisadiyyat və hüquq fakültəsinin tabeliyinə verilmişdir.
Fakültədə Azərbaycan dilçiliyi, Azərbaycan ədəbiyyatı, Ümumi tarix, Azərbaycan tarixi kafedraları fəaliyyət göstərmişdir.
Fakültədə 2002-ci ildə Jurnalistika ixtisası açılmış, Jurnalistika və dünya ədəbiyyatı kafedrası yaranmışdır.
2009-cu ildə Kitabxanaçılıq kafedrası yaradılmış, 2018-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrasına birləşdirilmiş, 2020-ci ildə o kafedradan ayrılmış Muzeyşünaslıq , arxiv işi və abidələrin qorunması kafedrasının tərkibinə verilmişdir.
2012-ci ildə Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası açılmışdır.
Fakültədə “Tarix müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Tarix”, “Jurnalistika”, “Kitabxanaçılıq və informasiya”, “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması”, “Filologiya” ixtisasları üzrə bakalavr hazırlığı həyata keçirilir.
Qiyabi şöbədə “Tarix”, “Kitabxanaçılıq və informasiya fəaliyyəti”, “Filologiya”, “Muzey, arxiv işi və abidələrin qorunması”, “Tarix”, “Filologiya” (Azərbaycan dili və ədəbiyyatı ) əlavə ali təhsil ixtisasları üzrə bakalavr hazırlıqları həyata keçirilir.
Fakültə yarandığı gündən Fakültə Elmi Şurası yaradılmış, hazırda Elmi Şuranın sədri Arif Ağalarov, sədr müavini Qadir Əkbərov, elmi katib Abdulla Mustafayev, tərkibi 16 nəfərdən ibarətdir.
Hal-hazırda fakültədə 6 kafedra fəaliyyət göstərir.
- Azərbaycan dilçiliyi
- Azərbaycan ədəbiyyatı
- Azərbaycan tarixi
- Ümumi tarix
- Jurnalistika və xarici ölkələr ədəbiyyatı
- Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq

