Axtarış

AZ EN

Haqqında

Tarix-filologiya fakültəsi 1967-ci ildə yaranmışdır. Tarix-filologiya fakültəsi 1995-ci ildən Tarix, Azərbaycan dili və ədəbiyyat, hüquqşünaslıq, kitabxanaçılıq, tarix və əlavə hüquq müəllimliyi təhsil ixtisasları fəaliyyət göstərmişdir. Hüquqşünaslıq ixtisası 1998-ci ildə İqtisadiyyat və hüquq fakültəsinin tabeliyinə verilmişdir.

Fakültədə Azərbaycan dilçiliyi, Azərbaycan ədəbiyyatı, Ümumi tarix, Azərbaycan tarixi kafedraları fəaliyyət göstərmişdir.

Fakültədə 2002-ci ildə Jurnalistika ixtisası açılmış, Jurnalistika və dünya ədəbiyyatı kafedrası yaranmışdır.

2009-cu ildə Kitabxanaçılıq kafedrası yaradılmış, 2018-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrasına birləşdirilmiş, 2020-ci ildə o kafedradan ayrılmış Muzeyşünaslıq , arxiv işi və abidələrin qorunması kafedrasının tərkibinə verilmişdir.

2012-ci ildə Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası açılmışdır.

Fakültədə “Tarix müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Tarix”, “Jurnalistika”, “Kitabxanaçılıq və informasiya”, “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması”, “Filologiya” ixtisasları üzrə bakalavr hazırlığı həyata keçirilir.

Qiyabi şöbədə “Tarix”, “Kitabxanaçılıq və informasiya fəaliyyəti”, “Filologiya”, “Muzey, arxiv işi və abidələrin qorunması”, “Tarix”, “Filologiya” (Azərbaycan dili və ədəbiyyatı ) əlavə ali təhsil ixtisasları üzrə bakalavr hazırlıqları həyata keçirilir.

Fakültə yarandığı gündən Fakültə Elmi Şurası yaradılmış, hazırda Elmi Şuranın sədri Arif Ağalarov, sədr müavini Qadir Əkbərov, elmi katib Abdulla Mustafayev, tərkibi 16 nəfərdən ibarətdir.

Hal-hazırda fakültədə 6 kafedra fəaliyyət göstərir.

  • Azərbaycan dilçiliyi
  • Azərbaycan ədəbiyyatı
  • Azərbaycan tarixi
  • Ümumi tarix
  • Jurnalistika və xarici ölkələr ədəbiyyatı
  • Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq

Rəhbərlik və Heyət

Qadir Əkbərov

Qadir Əkbərov

Dekan müavini

Hacıfəxrəddin Səfərli

Hacıfəxrəddin Səfərli

Məsləhətçi professor

Günay Ələkbərova

Günay Ələkbərova

Akademik məsləhətçi

Aynur  Abbasova

Aynur Abbasova

Akademik məsləhətçi

Mahmudova Nahidə

Mahmudova Nahidə

Kompüter operatoru

Azərbaycan dilçiliyi kafedrası

“Azərbaycan dilçiliyi” kafedrası ali təhsilin bakalavriat pilləsində, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” istiqaməti üzrə əsas aparıcı ixtisas kafedralarından biridir.

Gələcək mütəxəsislərin hazırlığında kafedra müxtəlif fənn üzrə tədris həyata keçirir. Tədris olunan fənlər yüksək ixtisaslı mütəxəsislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.

. 2018-ci ildə “Azərbaycan dilçiliyi” kafedrası nazirlər kabinetinin əmrinə əsasən “Azərbaycan ədəbiyyatı” kafedrasına birləşdirilərək “Azərbaycan dili və ədəbiyyatı” kafedrası yaranmışdır. 2024-cü ildə yenidən “Azərbaycan dilçiliyi” və “Azərbaycan ədəbiyyatı” kafedrası ayrılmışdır.

Kafedranın professor-müəllim heyətinin tərkibi 13 nəfərdən – 2 filologiya elmləri doktoru, professor, 8 filologiya üzrə fəlsəfə doktoru, dosent, 1 filologiya elmləri doktoru, dosent, 1 filologiya üzrə fəlsəfə doktoru, baş müəllim və 1 müəllimdən ibarətdir. Kafedranın 1 texniki heyəti var: 1 nəfər kafedranın baş laborantı

Kafedraya rəhbərlik

“Azərbaycan dili və ədəbiyyatı” kafedrası 13 mart 1970-ci ildə APİ-nin Naxçıvan filialında fəaliyyət göstərməyə başlamışdır. 31 may 1982-ci il tarixədək “Azərbaycan dili və ədəbiyyatı” kafedrasına prof. Axundlu Yavuz İbrahimxəlil oğlu rəhbərlik etmişdir. 31 may 1982-ci il tarixdə “Azərbaycan dili və ədəbiyyatı” kafedrası ayrılaraq “Azərbaycan ədəbiyyatı” və “Azərbaycan dilçiliyi” kafedraları yaranmışdır. 2018-ci ildə “Azərbaycan dilçiliyi” kafedrası nazirlər kabinetinin əmrinə əsasən “Azərbaycan ədəbiyyatı” kafedrasına birləşdirilib və “Azərbaycan dili və ədəbiyyatı” kafedrası yaranıb. Kafedraya prof. Qədimov Əsgər Nadir oğlu 2021-ci il sentyabradək rəhbərlik edib. 6 sentyabr 2022-ci ildən kafedraya Vəliyev Elburus Əli oğlu rəhbərlik edir.

Azərbaycan tarixi kafedrası

Naxçıvan Dövlət Universiteti yarandığı ilk gündən onun nəzdində “Tarix” kafedrası yaradılmışdır. Bu kafedra 1984-cü ildən “Azərbayca tarixi” kafedrası adlandırılmışdır.

Hal-hazırda həmin kafedrada 11 nəfər əməkdaş fəaliyyət göstərir. Bunlardan 5 nəfər elmlər doktoru, 4 nəfər professor, 2 nəfər dosent, 4 nəfər fəlsəfə doktoru, 2 nəfər müəllimdir. Kafedraya t.e.d, professor Hüseynov Xəzər Allahverdi oğlu rəhbərlik edir.

Azərbaycan ədəbiyyatı kafedrası

Azərbaycan ədəbiyyatı kafedrası 13 mart 1970-ci ildə APİ-nin Naxçıvan filialında fəaliyyət göstərir. “Azərbaycan ədəbiyyatı” kafedrası 31 may 1982-ci ildə təşkil olunmuşdur. 2018-ci ildə “Azərbaycan dilçiliyi” kafedrası nazirlər kabinetinin əmrinə əsasən “Azərbaycan ədəbiyyatı” kafedrasına birləşdirilib və “Azərbaycan dili və ədəbiyyatı” kafedrası yaranıb. “Azərbaycan dili və ədəbiyyatı” kafedrası Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 30 may 2024-cü il tarixli iclasının qərarı ilə “Azərbaycan dilçiliyi” və “Azərbaycan ədəbiyyatı” kafedralarına ayrıldı.

Kafedranın professor-müəllim heyətinin tərkibi 12 nəfərdən – 1 nəfər professor, 7 nəfər filologiya üzrə fəlsəfə doktoru, dosent, 2 nəfər filologiya üzrə fəlsəfə doktoru, baş müəllimdən ibarətdir. Kafedranın 2 texniki heyəti var: 1 “Azərbaycan ədəbiyyatı” kabinəsinin müdiri, 1 nəfər kafedranın laborantı (filologiya üzrə fəlsəfə doktoru P.S.Əhmədova) var.

Azərbaycan ədəbiyyatı kafedrası 13 mart 1970-ci ildə APİ-nin Naxçıvan filialında fəaliyyət göstərdiyi müddətdən 31 may 1982-ci il tarixədək “Azərbaycan dili və ədəbiyyatı” kafedrasına prof. Axundlu Yavuz İbrahimxəlil oğlu rəhbərlik etmişdir. 31 may 1982-ci il tarixdən 01 noyabr 2007-ci il tarixədək professor Axundlu Yavuz İbrahimxəlil oğlu, 01 noyabr 2007-ci il tarixdən sentyabr 2021-ci ilədək professor Qədimov Əsgər Nadir oğlu rəhbərlik edib.

2018-ci ildə “Azərbaycan dilçiliyi” kafedrası nazirlər kabinetinin əmrinə əsasən “Azərbaycan ədəbiyyatı” kafedrasına birləşdirilib və “Azərbaycan dili və ədəbiyyatı” kafedrası yaranıb. Kafedraya prof. Qədimov Əsgər Nadir oğlu 2021-ci il sentyabradək rəhbərlik edib.

05 sentyabr 2022-ci il tarixdən 30 may 2024-cü il tarixədək “Azərbaycan dili və ədəbiyyatı” kafedrasına dosent, filologiya üzrə fəlsəfə doktoru Vəliyev Elburus Əli oğlu rəhbərlik edib.

30 may 2024-cü il tarixədək “Azərbaycan dili və ədəbiyyatı” kafedrası “Azərbaycan dilçiliyi” kafedrası və “Azərbaycan ədəbiyyatı” kafedrasına ayrılıb.

30 may 2024-cü il tarixdən “Azərbaycan ədəbiyyatı” kafedrasına müdir əvəzi vəzifəsi dosent, filologiya üzrə fəlsəfə doktoru Kərimli Xanəli Abbasəli oğluna ictimai əsaslarla həvalə edilib.

2024 cü il tarixdən “Azərbaycan ədəbiyyatı” kafedrasına dosent, filologiya üzrə fəlsəfə doktoru Əliyeva Nurlana Sabir qızı kafedra müdiri vəzifəsinə təyin edilib

Jurnalistika və xarici ölkələr ədəbiyyatı

“Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrası ali təhsilin bakalavriat pilləsində, Jurnalistika ixtisası üzrə kadr hazırlayan kafedradır.

Universitetdə “Jurnalistika” ixtisası 2001-ci ildən fəaliyyət göstərir. Kafedra 2002-ci ildə “Jurnalistika və dünya ədəbiyyatı” kafedrası adı ilə təşkil olunmuşdur. 2018-ci ildən “Jurnalistika və kitbxanaçılıq”, 2020-ci ilin sentyabrından isə “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrası adı ilə regionda ali təhsilli jurnalist mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayır. Kafedraya 2001-2006-cı illərdə dos.İ.Cəfərov, 2006-2013-cü illərdə dos. S.Surə və 2013-cü ildən filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva rəhbərlik edir.Bölmənin ilk buraxılışı 2005-ci ildə olmuşdur.

Bölmənin professor-müəllim heyətinin tərkibi 9 nəfərdən ibarətdir.

Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq

Naxçıvan  Dövlət Universitetinin nəzdində “Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq “ kafedrası 2012-ci ildə yaradılmışdır. Hazırda kafedranın 11 əməkdaşı vardır. Bunlardan 1 nəfəri elmlər doktoru, 5 nəfəri fəlsəfə doktoru, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, 2 nəfər müəllim və 1 nəfər laborantdır.

 

KAFEDRAYA RƏHBƏRLİK

 

Naxçıvan  Dövlət Universitetinin rektorunun əmri ilə tarix üzrə fəlsəfə doktoru Əliyev Məmməd Həsən oğlu 2012-cı ilin sentyabr   ayından etibarən kafedraya ictimai əsaslarla müdir təyin edilmişdir.  2015-ci ildən etibarən isə tam ştat kafedra müdiri təyin edilmişdi.Hal-hazırda vakantdır.

Ümumi Tarix

Tarix kafedrası 1967-ci ildə yaradılmış tarix bölməsinin əsasında formalaşmışdır.

“Ümumi tarix”  kafedrası  rektorluğun  10 sentyabr 1992-ci il tarixli 160 №li  əmri əsasında təşkil olunmuşdur.

“Ümumi  tarix”  kafedrasının professor-müəllim heyətinin tərkibi 8 nəfərdən – 5 nəfər tarix üzrə fəlsəfə doktoru, dosent, 1 nəfər tarix üzrə fəlsəfə doktoru, müəllim, 2 nəfər müəllimdən ibarətdir. Kafedranın 1 texniki heyəti var: kafedranın laborantı.

Kaferaya rəhbərlik 

Tarix kafedrası 1967-ci ildə yaradılmış tarix bölməsinin əsasında formalaşmışdır. Tarix bölməsinə 1967-ci ildən 1970-ci ilə qədər  direktor vəzifəsində işləyən  dosent Əli Əliyev rəhbərlik etmişdir. O, 1970-1973-cü illərdə isə tarix  kafedrası kimi  formalaşan kafedraya  rəhbərlik  etmişdir.

Tarix kafedrasına 1973-1984-cü illərdə tarix elmləri namizədi, dosent Ziyad Təhməzov, 19 dekabr 1984-cü ildən 20 sentyabr 1986-cı ilədək dosent Zəhmət Şahverdiyev, 1986-cı ilin sentyabr ayından 27 oktyabr 1992-ci ilə qədər tarix elmləri namizədi Mirhəşim Seyidov rəhbərlik etmişdir.

 Tarix  kafedrası  rektorluğun  10 sentyabr 1992-ci il tarixli 160 №li  əmri Azərbaycan tarixi və Ümumi tarix  kafedralarına ayrılmışdır.

27 oktyabr 1992-ci ildən 18 dekabr 1997-ci ilə qədər dosent Həmzə Cəfərov, 18 dekabr 1997-ci ildən may 2008-ci ilə qədər tarix elmləri namizədi, dosent İsmayıl Zeynalov rəhbərlik etmişlər. 2008-ci ildən 2018-ci il iyun ayınadək dosent Kəngərli İlqar İsmayıl oğlu kafedraya rəhbərlik etmişdir.

İyun 2018-ci ildən 27 noyabr 2023-cü ilədək tarix üzrə fəlsəfə doktoru, dosent Cabbarlı Ələkbər Həsən oğlu kafedraya rəhbərlik etmişdir.

27 noyabr 2023-cü il tarixdən dosent Bağırov Rəsul Bəşirəli oğlu kafedraya rəhbərlik edir.

Elmi şura

Soyadı, Adı, Ata adı Vəzifəsi
01 Ağalarov Arif Mamo oğlu Sədr
02 Mustafayev Abdulla Nəriman oğlu Elmi katib
03 Əkbərov Qadir İsmayıl oğlu Üzv
04 Hüseynov Xəzər Allahverdi oğlu Üzv
05 Bağırov Rəsul Bəşirəli oğlu Üzv

İxtisaslar

  • Tarix müəllimliyi (əyani)
  • Azərbaycan dili və ədəbiyyat müəllimliyi (əyani)
  • Jurnalistika (əyani)