Axtarış

AZ EN

Haqqında

Fizika-riyaziyyat fakültəsi Naxçıvan Dövlət Universitetinin təhsil sisteminin riyaziyyat, informatika və fizika sahələri üçün ixtisaslı kadrlar hazırlayan mühüm fakültələrindən biridir. Fakültə 1971-ci ildə yaradılmışdır.

Hazırda fakültədə “Riyaziyyat müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Fizika müəllimliyi” ” Riyaziyyat” və “Fizika” ixtisasları üzrə ali təhsilli mütəxəssislər hazırlanır.

Fakültəyə 1971-1973- cü illərdə Fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Bəktaşi, 1973-1975-ci illərdə Fizika-riyaziyyat elmləri namizədi, dosent Əli Məhərrəmov, 1975-1978- ci illərdə Fizika-riyaziyyat elmləri namizədi , dosent Qadir Qurbanov, 1978-1983-cü illərdə Fizika-riyaziyyat elmləri namizədi, dosent Yaşar Əkbərov, 1983-1988-ci illərdə Fizika-riyaziyyat elmləri namizədi, dosent Hüseyn Məmmədov, 1988-1992-ci illərdə Kimya elmləri namizədi, dosent Akif Əliyev, 1992-1997-ci illərdə Fizika-riyaziyyat elmləri doktoru, professor Zöhrab Vəliyev, 1997-2000 – ci illərdə Fizika-riyaziyyat elmləri doktoru, dosent Sadıq Vəliyev, 2000-2009-cu illərdə Fizika-riyaziyyat elmləri namizədi, dosent Fərman Qocayev, 2009-2015-ci illərdə Fizika-riyaziyyat elmləri namizədi, dosent Tofiq Nəcəfov rəhbərlik etmişdir, 2015-2022 ci illərdə Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Orxan Cəfərov fakültəyə rəhbərlik edib. 2022-2025-ci illərdə Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov fakültəyə rəhbərlik edib. 2025-ci ildən Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Vüqar Salmanov fakültəyə rəhbərlik edir.

Fakültənin yaranmasından əvvəl – 1967-1971-ci illərdə də Azərbaycan Pedaqoji İnstitutunun filalı olan Naxçıvan Pedaqoji İnstitutunda riyaziyyat ixtisası üzrə mütəxəssislər hazırlanmışdır.

Rəhbərlik və Heyət

Ruhiyyə Cəfərova

Ruhiyyə Cəfərova

Dekan müavini

Rəsulə Baxçəliyeva

Rəsulə Baxçəliyeva

Akademik məsləhətçi

Pəri  Xudaverdiyeva

Pəri Xudaverdiyeva

Akademik məsləhətçi

Ramilə Muradova

Ramilə Muradova

Kompüter operatoru

İnformatika kafedrası

Naxçıvan Dövlət Universitetinin fizika riyaziyyat fakultəsinin nəzdində 1988 ci il 30 may tarixində “Riyaziyyat və Hesablama texnikası” kafedrası yaradılmışdır. Sonra kafedranın adı dəyişdirilərək “İnformatika və Hesablama texnikası” kafedrası adlandırılmışdır. Bu gün isə kafedra “İnformatika” adı ilə fəaliyyət göstərir. Haliyədə həmin kafedrada 10 nəfər professor , müəllim və 2 nəfər tədrisə köməkçi heyət çalışır. Kafedrada 3 nəfər r.ü.f.d onlardan 2 nəfər dosent, 6 nəfər baş müəllim, 2 nəfər müəllim, 1 laborant və 1 laboratoriya texniki fəaliyyət göstərir.

Ümumi riyaziyyat

Naxcıvan  Dövlət Universitetinin “Ümumi riyaziyyat” kafedrasının əsası 1967-ci ildən, yəni hələ ADPİ-nin filialı kim fəaliyyətə başladığı dövrdən qoyulmuş və formalaşmağa başlamışdır.

 “Ümumi riyaziyyat” kafedrası 2018-ci ildən ümumuniversitet kafedrası kimi Fizika-riyaziyyat fakültəsinin tərkibində olmaqla yeganə riyaziyyat kafedrası kimi fəaliyyət göstərir.

Kafedranın fəaliyyəti müddətində riyaziyyatın bir çox sahələrində mühüm elmi tədqiqat işləri aparmaqla mühüm nəticələr alınmışdır və bu nəticələrin bir çoxu dünyanın yüksək reytinqli elmi jurnallarında çap olunmuşdur. Fəaliyyət göstərdiyi dövrdə “Ümumi riyaziyyat” kafedrasının yüksəkixtisaslı kadrların hazırlanmasında diqqətçəkən xidmətləri olmuşdur.

            2. Kafedraya rəhbərlik

2022-ci ilin may ayından Naxçıvan  Dövlət Universitetinin  Fizika-riyaziyyat fakültəsinin elmi şurasının qərarı əsasında “Ümumi riyaziyyat” kafedrasına dosent Həsənov Abdulla İsmayıl oğlu rəhbərlik edir.

3. Kafedra haqında ümumi məlumat

Ümumi riyaziyyat kafedrasının əməkdaşları ali təhsilin bakalavriat pilləsində- “Riyaziyyat”, “Riyaziyyat müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Fizika”, “Fizika müəllimliyi”, “Kompüter mühəndisliyi”,  “Azərbaycan dili və ədəbiyyat müəlimliyi”, “Biologiya müəllimliyi”, “Kimya müəllimliyi”, “Cografiya müəllimliyi”  və universitetin bir çox digər ixtisasaslarında riyaziyyata aid fənləri tədris edirlər.

Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün təlimin müasir metodlarından və texniki vasitələrindən istifadə olunur.

Kafedra bakalavr, magistratura, doktorantura və dissertantura səviyyəsində elmi-pedaqoji kadr hazırlığında yaxından iştirak edir . Haliyədə kafedranın iki doktorantı və 15 magistri var.  

            Kafedra üzvləri müntəzəm olaraq beynəlxalq və respublika əhəmiyyətli jurnallarda, konfranslard elmi və elmi-pedaqoji məqalələrlə, məruzələrlə çıxış edir, monoqrafiya, dərs vəsaiti, metodiki vəsaitlər dərc etdirirlər.

            Hazırda kafedranın iki doktorantı və 15 magistri var.Hazırda kafedrada 25 nəfər müəllim heyəti, bir laborant fəaliyyət göstərir.

Ümumi və nəzəri fizika

Naxçıvan Dövlət Univeristeti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 1990-cı il tarixli qərarı ilə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu əsasında yaradılmışdır. Bu institut isə 1967-72-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunun (indiki APU) filialı olmuş, 1972-ci ildən müstəqil instituta çevrilmişdir. 1972-ci ildə Fizika-riyaziyyat fakültəsinin nəzdində “Ümumi fizika” kafedrası yaradılmışdır. 1997-ci ildən bu kafedranın adı dəyişdirilərək “Ümumi və nəzəri fizika” kafedrası adlandırılmışdır. Haliyədə bu kafedrada 3 nəfər dosent, 4 nəfər baş müəllim və 5 nəfər müəllim fəaliyyət göstərir. Kafedranın tədrisə köməkçi heyətinə isə 1 nəfər laboratoriya müdiri, 1nəfər baş laborant, 1 laborant və 1 preparator daxildir.

Naxçıvan Dövlət Univeristetinin rektorunun əmri ilə Fizika üzrə fəlsəfə doktoru Hacıyeva Billurə Təvəkkül qızı 2021-ci ilin sentyabr  ayından etibarən “Ümumi və nəzəri fizika” kafedrasnın müdiri vəzifəsinə təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir.

 

          Kafedranın fəaliyyəti

Göstərilən ixtisaslar üzrə gələcək müəllimlərin hazırlanmasında kafedra 37 müxtəlif fənlər üzrə tədris həyata keçirir. Tədris olunan fənlər yüksək ixtisaslı mütəxəssislər tərfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən (İKT-dən) və metodlarından geniş istifadə olunur. “Ümumi və nəzəri fizika” kafedrasında ali təhsilin ba­ka­lavr və magistratura pilləsinin aşağıdakı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir:

 

Bakalavr pilləsi üzrə

1.     Fizika – tədrisi azərbaycan dilində (əyani şöbə);

2.     Fizika müəllimliyi – tədrisi azərbaycan dilində (əyani şöbə);

 

Magistratura pilləsi üzrə

1.  Nanoelektronika – tədrisi azərbaycan dilində;

2.  Yarımkeçiricilər fizika – tədrisi azərbaycan dilində;

3.  Nanofizika və nanotexnologiyalar – tədrisi azərbaycan dilində