Azərbaycan ədəbiyyatı kafedrası 13 mart 1970-ci ildə APİ-nin Naxçıvan filialında fəaliyyət göstərir. “Azərbaycan ədəbiyyatı” kafedrası 31 may 1982-ci ildə təşkil olunmuşdur. 2018-ci ildə “Azərbaycan dilçiliyi” kafedrası nazirlər kabinetinin əmrinə əsasən “Azərbaycan ədəbiyyatı” kafedrasına birləşdirilib və “Azərbaycan dili və ədəbiyyatı” kafedrası yaranıb. “Azərbaycan dili və ədəbiyyatı” kafedrası Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 30 may 2024-cü il tarixli iclasının qərarı ilə “Azərbaycan dilçiliyi” və “Azərbaycan ədəbiyyatı” kafedralarına ayrıldı.
Kafedranın professor-müəllim heyətinin tərkibi 12 nəfərdən – 1 nəfər professor, 7 nəfər filologiya üzrə fəlsəfə doktoru, dosent, 2 nəfər filologiya üzrə fəlsəfə doktoru, baş müəllimdən ibarətdir. Kafedranın 2 texniki heyəti var: 1 “Azərbaycan ədəbiyyatı” kabinəsinin müdiri, 1 nəfər kafedranın laborantı (filologiya üzrə fəlsəfə doktoru P.S.Əhmədova) var.
Azərbaycan ədəbiyyatı kafedrası 13 mart 1970-ci ildə APİ-nin Naxçıvan filialında fəaliyyət göstərdiyi müddətdən 31 may 1982-ci il tarixədək “Azərbaycan dili və ədəbiyyatı” kafedrasına prof. Axundlu Yavuz İbrahimxəlil oğlu rəhbərlik etmişdir. 31 may 1982-ci il tarixdən 01 noyabr 2007-ci il tarixədək professor Axundlu Yavuz İbrahimxəlil oğlu, 01 noyabr 2007-ci il tarixdən sentyabr 2021-ci ilədək professor Qədimov Əsgər Nadir oğlu rəhbərlik edib.
2018-ci ildə “Azərbaycan dilçiliyi” kafedrası nazirlər kabinetinin əmrinə əsasən “Azərbaycan ədəbiyyatı” kafedrasına birləşdirilib və “Azərbaycan dili və ədəbiyyatı” kafedrası yaranıb. Kafedraya prof. Qədimov Əsgər Nadir oğlu 2021-ci il sentyabradək rəhbərlik edib.
05 sentyabr 2022-ci il tarixdən 30 may 2024-cü il tarixədək “Azərbaycan dili və ədəbiyyatı” kafedrasına dosent, filologiya üzrə fəlsəfə doktoru Vəliyev Elburus Əli oğlu rəhbərlik edib.
30 may 2024-cü il tarixədək “Azərbaycan dili və ədəbiyyatı” kafedrası “Azərbaycan dilçiliyi” kafedrası və “Azərbaycan ədəbiyyatı” kafedrasına ayrılıb.
30 may 2024-cü il tarixdən “Azərbaycan ədəbiyyatı” kafedrasına müdir əvəzi vəzifəsi dosent, filologiya üzrə fəlsəfə doktoru Kərimli Xanəli Abbasəli oğluna ictimai əsaslarla həvalə edilib.
2024 cü il tarixdən “Azərbaycan ədəbiyyatı” kafedrasına dosent, filologiya üzrə fəlsəfə doktoru Əliyeva Nurlana Sabir qızı kafedra müdiri vəzifəsinə təyin edilib

