“Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrası ali təhsilin bakalavriat pilləsində, Jurnalistika ixtisası üzrə kadr hazırlayan kafedradır.
Universitetdə “Jurnalistika” ixtisası 2001-ci ildən fəaliyyət göstərir. Kafedra 2002-ci ildə “Jurnalistika və dünya ədəbiyyatı” kafedrası adı ilə təşkil olunmuşdur. 2018-ci ildən “Jurnalistika və kitbxanaçılıq”, 2020-ci ilin sentyabrından isə “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrası adı ilə regionda ali təhsilli jurnalist mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayır. Kafedraya 2001-2006-cı illərdə dos.İ.Cəfərov, 2006-2013-cü illərdə dos. S.Surə və 2013-cü ildən filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva rəhbərlik edir.Bölmənin ilk buraxılışı 2005-ci ildə olmuşdur.
Bölmənin professor-müəllim heyətinin tərkibi 9 nəfərdən ibarətdir.

