Beynəlxalq münasibətlər və hüquq fakültəsi 2003-cü ildə yaradılan Sosial idarəetmə və hüquq fakültəsinin bazasında 2020-ci ilin 15 mayında Universitet Elmi Şurasının qərarı ilə yaradılmışdır.
Fakültədə 4 kafedra “Beynəlxalq münasibətlər”, “Xüsusi hüquq ”, “Ümumi hüquq” “Fəlsəfə və Sosial iş” fəaliyyət göstərir. Fakültədə 49 əməkdaş çalışır, onlardan 2 nəfər professor,5 nəfər elmlər doktoru,dosent ,8 nəfər isə fəlsəfə doktoru dosentdir. Fakültənin ilk dekanı (2003-2018) dos.Qərib Vəli oğlu Allahverdiyev olmuşdur. 04 dekabr 2020-ci il tarixdə isə fəlsəfə elmləri doktoru,dosent Hüseynov Yusif Hüseyn oğlu dekan vəzifəsinə seçilmişdir. Fakültənin fəaliyyət göstərdiyi müddət ərzində dekan müavinləri Y.Hüseynov(2003-2009), A.Əhmədov(2009-2016), B.Cəfərov(2017-2018), N.Rəhimov(2018-2020) olmuşdur. 2021-ci ildən dekan müavini A.Əhmədovdur.
Fakültədə aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlanır.:
- Hüquqşünaslıq
- Beynəlxalq münasibətlər
- Sosial iş
- Fəlsəfə
- Dövlət və ictimai münasibətlər
- Regionşünaslıq
- İnternational relations
Fakültədə Diplomatiya mərkəzi, Diplomatiya kabinəsi, Kriminalistika və Məhkəmə ekspertizası kabinələri fəaliyyət göstərir.
Fakültədə ali orqan sayılan Fakültə Elmi Şurasının hər ayda 1 dəfədən az olmayaraq iclası keçirilir. Şura iclaslarında ilin əvvəlində tutulmuş və təsdiq olunmuş plan əsasında tədris, elm, təlim və tərbiyə proseslərini əhatə edən ən aktual məsələlər müzakirə edilərək qərarlar çıxarılır.

