Naxçıvan Dövlət Universitetinin nəzdində “Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq “ kafedrası 2012-ci ildə yaradılmışdır. Hazırda kafedranın 11 əməkdaşı vardır. Bunlardan 1 nəfəri elmlər doktoru, 5 nəfəri fəlsəfə doktoru, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, 2 nəfər müəllim və 1 nəfər laborantdır.
KAFEDRAYA RƏHBƏRLİK
Naxçıvan Dövlət Universitetinin rektorunun əmri ilə tarix üzrə fəlsəfə doktoru Əliyev Məmməd Həsən oğlu 2012-cı ilin sentyabr ayından etibarən kafedraya ictimai əsaslarla müdir təyin edilmişdir. 2015-ci ildən etibarən isə tam ştat kafedra müdiri təyin edilmişdi.Hal-hazırda vakantdır.

