EMSA (European Medical Students Association - Avropa Tibb Tələbələri Assosiasiyası) Avropanın hər yerindən tibb tələbələrini təmsil edən qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır. Hazırda dünyanın 30-dan çox ölkəsində 120-dən çox tibb fakültəsində fəaliyyət göstərən EMSA, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası kimi qurumlar tərəfindən tanınır. EMSA Naxçvan EMSA ilə beynəlxalq əlaqəsi olan Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin tələbələri və müəllim heyətinin dəstəyi ilə yaradılmış icmadır. Naxçıvan Dövlət Universiteti Tibb Fakültəsi 2023- cü ildən EMSA üzvüdür. 2024-cü il May ayında Assosiativ üzvlüyü, nəhayət 2024-cü il Oktyabr ayında etibarən təşkilata tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Təşkilatın məqsədi tibb tələbələrinin hər mənada inkişafına töhfə vermək(workshop, elmi yazarlığı artırmaq, traininglər, tvininq proqramları, sosial proqramlar və.s) və universitetimizi Avropada təmsil etməkdir. Əlavə olaraq, Tibb tələbələri; Yeni təhsil texnologiyalarını, təhsil fəlsəfəsini və peşəkarlararası əməkdaşlığı inkişaf etdirən tibbi təhsil sisteminin yaradılmasında iştirakın təşviq edilməsi. Tibb tələbələrini sağlamlığa təhlükə yaradan vəziyyətlər və psixi sağlamlıq haqqında ictimaiyyətin məlumatlılığını artırmağa və şüurlu həyat tərzi seçimlərini dəstəkləməyə təşviq etmək. Tibb tələbələri; İnsanları profilaktik tibb, sağlamlıq maarifləndirilməsi və kütlələr tərəfindən sağlam və aktiv həyat konsepsiyasının qəbul edilməsində qabaqcıl olmağa təşviq etmək. Tibb fakültəsinin tələbələrini təhsil və tədqiqat yolu ilə nəzəri və praktiki bacarıqlarını gücləndirməklə, tibb elminin dəyərini artırmaqla elmi məqalələr oxumağa və nəşr etməyə həvəsləndirmək.