Axtarış

AZ EN

Haqqında

Tarix kafedrası 1967-ci ildə yaradılmış tarix bölməsinin əsasında formalaşmışdır.

“Ümumi tarix”  kafedrası  rektorluğun  10 sentyabr 1992-ci il tarixli 160 №li  əmri əsasında təşkil olunmuşdur.

“Ümumi  tarix”  kafedrasının professor-müəllim heyətinin tərkibi 8 nəfərdən – 5 nəfər tarix üzrə fəlsəfə doktoru, dosent, 1 nəfər tarix üzrə fəlsəfə doktoru, müəllim, 2 nəfər müəllimdən ibarətdir. Kafedranın 1 texniki heyəti var: kafedranın laborantı.

Kaferaya rəhbərlik 

Tarix kafedrası 1967-ci ildə yaradılmış tarix bölməsinin əsasında formalaşmışdır. Tarix bölməsinə 1967-ci ildən 1970-ci ilə qədər  direktor vəzifəsində işləyən  dosent Əli Əliyev rəhbərlik etmişdir. O, 1970-1973-cü illərdə isə tarix  kafedrası kimi  formalaşan kafedraya  rəhbərlik  etmişdir.

Tarix kafedrasına 1973-1984-cü illərdə tarix elmləri namizədi, dosent Ziyad Təhməzov, 19 dekabr 1984-cü ildən 20 sentyabr 1986-cı ilədək dosent Zəhmət Şahverdiyev, 1986-cı ilin sentyabr ayından 27 oktyabr 1992-ci ilə qədər tarix elmləri namizədi Mirhəşim Seyidov rəhbərlik etmişdir.

 Tarix  kafedrası  rektorluğun  10 sentyabr 1992-ci il tarixli 160 №li  əmri Azərbaycan tarixi və Ümumi tarix  kafedralarına ayrılmışdır.

27 oktyabr 1992-ci ildən 18 dekabr 1997-ci ilə qədər dosent Həmzə Cəfərov, 18 dekabr 1997-ci ildən may 2008-ci ilə qədər tarix elmləri namizədi, dosent İsmayıl Zeynalov rəhbərlik etmişlər. 2008-ci ildən 2018-ci il iyun ayınadək dosent Kəngərli İlqar İsmayıl oğlu kafedraya rəhbərlik etmişdir.

İyun 2018-ci ildən 27 noyabr 2023-cü ilədək tarix üzrə fəlsəfə doktoru, dosent Cabbarlı Ələkbər Həsən oğlu kafedraya rəhbərlik etmişdir.

27 noyabr 2023-cü il tarixdən dosent Bağırov Rəsul Bəşirəli oğlu kafedraya rəhbərlik edir.

Rəhbərlik və Heyət

Bağırov Rəsul

Bağırov Rəsul

Kafedra müdiri

Zeynalov İsmayıl

Zeynalov İsmayıl

Tarix üzrə fəlsəfə doktoru

Mustafayev Abdulla

Mustafayev Abdulla

Tarix üzrə fəlsəfə doktoru

Kəngərli İlqar

Kəngərli İlqar

Tarix üzrə fəlsəfə doktoru

Toğrul Xəlilov

Toğrul Xəlilov

Tarix elmlər doktoru

Rzayeva Ruhiyyə

Rzayeva Ruhiyyə

Tarix üzrə fəlsəfə doktoru

Emin Məmmədov

Emin Məmmədov

Tarix üzrə fəlsəfə doktoru