Axtarış

AZ EN

Rəhbərlik və Heyət

Şahin Əliyev

Şahin Əliyev

Departament direktoru

İmtahan və qiymətləndirmə sektoru

Naxçıvan Dövlət Universitetinin “İmtahan və qiymətləndirmə sektoru” universitetin struktur bölməsidir, 2 oktyabr 2023-cü il tarixində yaradılmışdır.

SEKTORUN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Fakültələr üzrə dərs cədvəllərinin yoxlanılması, otaq fondunun qeyd edilməsi, ixtisaslar, qruplar üzrə tələbələrin siyahısını, semestr üzrə tədris ediləcək fənlər haqqında məlumatlar (auditoriya saatları, krediti və s.), fənlər üzrə semestr imtahanlarının keçirilmə formasını müəyyənləşdirmək, imtahan işinin təşkili məqsədi ilə imtahan-işçi qruplarının, imtahan nəzarətçilərinin və s. müəyyənləşdirilməsi üçün fakültə və şöbələrə müraciətin edilməsi, o, cümlədən, semestr ərzində fakültələr üzrə tələbələrin və fənn müəllimlərinin dərslərdə iştirakını səmərəli təmin etmək məqsədi ilə, tələbələrin və fənn müəllimlərinin dərslərə davamiyyəti ilə bağlı gündəlik monitorinqlərin aparılması işinə hazırlıq və aparılması;Universitetlərin reytinqinin müəyyən edilməsində imtahanların təşkili, operativliyi və obyektivliyi əsas göstəricilərdən biri hesab olunduğundan Naxçıvan Dövlət Universitetində bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi; Fakültələrin nəzdində olan kafedralarda hazırlanmış kollekvium suallarının (testlərin) müəyyən olunmuş qaydalara əsasən qəbul edilməsi və testlərin imtahan proqramında yoxlanaraq təkrarların və xətaların aradan qaldırılması və həmin sualları (testləri) müəyyən edilmiş tarixədək nəzarətdə saxlamaq;Fakültələrdə keçirilən kollekviumlara nəzarət edilməsi;Fakültələrin nəzdində olan kafedralarda hazırlanmış imtahan suallarının (testlərin) müəyyən olunmuş qaydalara əsasən qəbul edilməsi və testlərin imtahan proqramında yoxlanaraq təkrarların və xətaların aradan qaldırılması və həmin sualları (testləri) müəyyən edilmiş tarixədək nəzarətdə saxlamaq;Fakültələr üzrə tələbələr arasında tələbələrin öz dərsləri, fənn müəllimləri, imtahan və kollekviumları ilə bağlı rəylərini, təkliflərini müəyyən etmək məqsədi ilə (yazılı, şifahi, elektron formada) sorğuların aparılması, təhlili və tətbiqi;İxtisaslar üzrə imtahan cədvəllərinin hazırlanması, imtahan zallarının qrafik üzrə müəyyən edilməsi, imtahan yoxlama otaqlarının,işçi qruplarının xidməti otaqlarının, imtahanın təşkili və keçirilməsi zamanı aidiyyəti avadanlıqlar və ləvazimatlarla təmin olunması məqsədi ilə aidiyyəti struktur bölmələrinə təqdimatların verilməsi, zəruri avadanlıqların alınması;Semestr sonu müvafiq qaydada fakültələr üzrə aparılmış monitorinqlərin nəticəsi haqqında Universitet rəhbərliyinə hesabatın təqdim edilməsi;İmtahan sessiyası müddətində imtahanların müəyyən olunmuş qrafik əsasında imtahan cədvəllərinə uyğun olaraq keçirilməsini təmin etmək, tələbələrin imtahan vərəqələrinin kodlaşdırılması, eyni zamanda imtahan nəticələrinin yoxlanılmasının və nəticələrin elan edilməsinin aidiyyəti struktur bölmə, şöbə və fakültələrə çatdırılması, o, cümlədən imtahan vərəqələrinin təsdiq edilməsi üçün yoxlanılması;Akademik borcların ləğvini və qiymətləndirməsini təşkil etmək;İmtahan sessiyasının nəticələrinin fakültə dekanları ilə birlikdə müzakirəsi, növbəti keçiriləcək Universitet Elmi Şurasında dinləniləcək hesabatın hazırlanması və təqdim edilməsi;Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərininsayının mövcud qərarlara və təlimatlara uyğun olaraq Naxçıvan Dövlət Universiteti üzrə bölüşdürülməsi, Universitet üzrə təqaüd alacaq tələbələrin siyahısının müəyyənləşdirilməsi və fakültə dekanlarının təqaüdlə bağlı təqdim etdikləri təqdimatların yoxlanması;Xarici universitetlərin bu sahədəki təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi;Təhsil Tələbə Krediti Fondunun təhsil müəssisəsi üzrə məsul şəxsin öhdəliklərinin yerinə yetirilməsi; Yuxarıda öz əksini tapmamış, lakin, təhsil haqqında qanunda, təhsilə dair mövcud sərəncamlarda, qaydalarda, qərarlarda və.s-də sektora aid məsələlərin həll edilməsini həyata keçirir.

Təcrübə və Məzunlarla İş Sektoru

Karyera Məzun Təcrübə


Naxçıvan Dövlət Universitetinin “ Təcrübə və Məzunlarla İş Sektoru” universitetin struktur bölməsidir. “Təcrübə və Məzunlarla İş Sektoru” NDU rektorunun 3 aprel 2023-cü il tarixli, 1584 saylı əmri ilə tələbələrin müvafiq təhsil proqramının tərkib hissəsi olan ixtisas təcrübələrinin təşkilinin, keçirilməsinin, yekunlaşdırılmasının təşkili, bundan əlavə təhsil alanların bilik, bacarıq və vərdişlərinin artırılması, təkmilləşdirilməsi, peşə hazırlıqlarının yüksəldilməsi istiqamətində, onları peşəkar fəaliyyətə hazırlamağa, gələcək iş fəaliyyətlərində onlar üçün zəruri olan işlərin həllinə, onların gələcəkdə uğurlu karyera qurmalarına, karyera planlaşdırılmasına dəstək olmaq üçün, həmçinin universitetin öz məzunları ilə daim əlaqədə olması və əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaradılmışdır.

Təcrübə və məzunlara iş sektoru öz vəzifələrini həyata keçirərkən NDU-nun strukturuna daxil olan dekanlıqlar, kafedralar, şöbələr və bölmələrlə, həmçinin universitet adından dövlət müəssiələri, özəl müəssisələr, digər nüfuzlu yerli və beynəlxalq təşkilatlar və şirkətlərlə, fiziki və hüquqi şəxslərlə əməkdaşlıq etməyi nəzərdə tutur.

SEKTORUN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Tələbələrin ixtisas təcrübələrinin təşkili, keçirilməsi və yekunlaşdırılması;

Tələbələrin praktiki təcrübələrini artırmaq, ixtisasları ilə bağlı məlumatlandırılması istiqamətində işlərin görülməsi;

Universitetlərin reytinqinin müəyyən edilməsində məzunların işə qəbul olunması əsas göstəricilərdən biri hesab olunduğundan bu istiqamətdə zəruri vəzifələrin həyata keçirilməsinin təmin edilməsi;

NDU-nun respublikamızın bölgələrində tanınması istiqamətində təbliğatların aparılması;

Tələbələrin, məzunların və əməkdaşların peşəkarlıqlarının artırılması məqsədilə onlara bilik, bacarıq və vərdişlərin artırılması və özünüinkişaf etdirlməsi yönündə dəstək göstərilməsi;

Tələbələrin əmək bazarında uğurlu və layiqli çıxış etmələrinə dəstək göstərilməsi;

Universitetin məzunları ilə daim əlaqədə olmaq və əlaqələrin inkişaf etdirilməsi;

Tələbələrin xarici ölkələrin universitetlərində təcrübələrinin təşkili;

Məzun bazasının yaradılması:

NDU-nu bitirən və uğurlu karyera quran, tanınmış, mütəxəssis kimi formalaşan məzunlarla tələbələrin görüşünü təşkil etmək:

Məzunların işlə təmin edilməsi məqsədilə özəl və dövlət qurumları ilə əməkdaşlığın qurulmasının həyata keçirilməsi;

Tələbələrin tədqiqat işlərinin araşdırılması üçün müvafiq müəssisələrlə əlaqələrinin təmin edilməsi;

Tələbə təşkilatları ilə əməkdaşlıq edilməsi;

Tələbələrə karyera planlaması ilə bağlı məsləhətlərin verilməsinin təşkil edilməsi;

Əmək sərgiləri təşkil etmək, müəssisələrin vakansiya yerlərinin təqdimatının təşkil edilməsi;

Xarici universitetlərin və şirkətlərin bu sahədəki təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi;

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı ilə və ali təhsil müəssisələrinin karyera mərkəzləri ilə əməkdaşlıq;


Naxçıvan Dövlət Universitetinin 2018-2022-ci illər üzrə cari məşğulluq vəziyyəti
İxtisasların adı İxtisasa uyğun işləmə səviyyəsi (faizlə)
2 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 75.68
3 Baytarlıq 90.28
4 Bədən tərbiyəsi və idman 53.83
5 Bəstəkarlıq 71.43
6 Beynəlxalq münasibətlər 49.70
7 Biologiya müəllimliyi 80.82
8 Coğrafiya müəllimliyi 80.29
9 Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi 68.25
10 Dermatovenerologiya 100.00
11 Dirijorluq 79.17
12 Dövlət və bələdiyyə idarəetməsi 49.47
13 Dünya iqtisadiyyatı 67.60
14 Əczaçılıq 94.08
15 Ekologiya mühəndisliyi 53.21
16 Elektroenergetika mühəndisliyi 86.47
17 Fizika müəllimliyi 83.59
18 Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi 79.81
19 Hüquqşünaslıq 88.45
20 İnformasiya texnologiyaları 67.16
21 İnstrumental ifaçılıq (fortepiano) 88.64
22 İnstrumental ifaçılıq (nəfəs alətləri) 75.00
23 İnstrumental ifaçılıq (simli alətlər) 86.11
24 İqtisadiyyat 62.19
25 Jurnalistika 82.69
26 Kardiologiya 0.00
27 Kimya müəllimliyi 83.82
28 Kitabxanaçılıq və informasiya 66.67
29 Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi 65.28
30 Memarlıq 74.62
31 Menecment 66.89
32 Müalicə işi 98.10
33 Mühasibat uçotu və audit 71.59
34 Musiqi müəllimliyi 72.62
35 Musiqişünaslıq 80.60
36 Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması 75.74
37 Oftalmologiya 100.00
38 Onkologiya 0.00
39 Otorinolarinqologiya 100.00
40 Pediatriya 100.00
41 Rəngkarlıq 55.36
42 Riyaziyyat müəllimliyi 74.82
43 Riyaziyyat və informatika müəllimliyi 79.39
44 Stomatologiya 100.00
45 Şüa diaqnostikası 100.00
46 Tarix müəllimliyi 77.40
47 Tərcümə (ərəb-Azərbaycan dilləri) 39.58
48 Tərcümə (fars-Azərbaycan dilləri) 62.50
49 Tərcümə (ingilis-Azərbaycan dilləri) 56.82
50 Təsviri incəsənət müəllimliyi 56.77
51 Texnologiya müəllimliyi 66.96
52 Tibbi profilaktika 92.50
53 Torpaqşünaslıq və aqrokimya 69.19
54 Turizm və otelçilik 45.88
55 Xalq çalğı alətləri 66.67
56 Xarici dil müəllimliyi (alman dili üzrə) 70.26
57 Xarici dil müəllimliyi (fransız dili üzrə) 66.41
58 Xarici dil müəllimliyi (ingilis dili üzrə) 89.51
59 Xarici dil müəllimliyi (rus dili üzrə) 49.35
60 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi 45.00
61 Cəmi 73.58

Tədrisin təşkili şöbəsi

Naxçıvan Dövlət Universitetinin Tədrisin təşkili şöbəsi universitetdə Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyinin Əsasnaməsinə uyğun qurulmuşdur. "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2017-ci il tarixli 257 nömrəli qərarı ilə bu qərara edilmiş dəyişikliklərə uyğun təşkil edilmişdir. Aşağıda qeyd olunan məsələlər Tədrisin təşkili şöbəsinin ümumi fəaliyyətini əhatə edir:

1.Tədris illəri üzrə akademik təqvim (bakalavr və magistr səviyyəsi üçün);

2.İxtisaslar üzrə tədris planları və tapşırıqların hazırlanması;

3.Tədris yükləri;

4.Dərs cədvəllərinin hazırlanıb təsdiq edilməsi;

5.İmtahan cədvəllərinin hazırlanıb təsdiq edilməsi;

6.Akademik borcu olan tələbələrin dərslərinin təşkili və imtahanları;

7.Tələbələrin köçürülmələri, universitetə yenidən bərpa olunmaları, təkrar ali təhsil, akademik məzuniyyət və hərbi xidmətlə bağlı əmrlərin hazırlanması;

8.Transkriptlərin təsdiq edilməsi;

9.Tələbə hərəkəti ilə bağlı statistik məlumatlar;

10.Buraxılış işlərinin mövzularının təsdiqi, müdafiə ilə bağlı hazırlıq işləri;

11.Təhsil haqqından azad olunan tələbələrlə bağlı sənədlərin yığılması və əmrlərin yazılması;

12.Tələbə Məzun Elektron Məlumat Sisteminə tələbə əmrlərinin mütəmadi daxil edilməsi, yeni qəbul olunmuş əcnəbi tələbələrin sistemə daxil edilməsi, məzunlarla bağlı məlumatların sistemə daxil edilməsi;

13.Yekun Dövlət Attestasiya komissiyalarının tərkibi haqqında əmrlərin hazırlanması;

14.Təhsil Nazirliyinin hesabat formalarının hazırlanması;

15.Sorğu məktublarına cavab;

16.Akademik arayışların yazılması;
17.Məzunların şəxsi işlərinin arxivə təhvil verilməsi;

18.Diplom və qiymət cədvəllərinin doldurulması və paylanması;
19.Diplomların həqiqiliyinin yoxlanılması sorğularına cavabların hazırlanması;
20.Fakültə dekanlıqları və digər strukturlarla iş birliyi;
21.Elm və Təhsil Nazirliyinin Diplom Təsdiq Sisteminə məlumatların yazılması;

22.Elm və Təhsil Nazirliyinin Ali Təhsil Müəssisələrinin İnformasiya Sisteminə məlumatların daxil edilməsi;

23.Tələbələrin fərdi tədris planının hazırlanmasına nəzarət;

24.İmtahan sessiyalarına hazırlıq və təşkili, tələb olunan normativ sənədlərin təminatı;

25.Tələbələrin dərsə davamiyyətinə nəzarət;

26.Dərs jurnallarının hazırlanması və yazılmasına nəzarət;

27.Azərbaycan Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Statistika Komitəsinə Rəsmi Statistik Hesabat formalarının hazırlanması;

28.Birinci kurs qəbul olmuş tələbələrin sənədlərinin qəbulu və saxlanılması;

29.Saat hesabı müəllimlərin şəxsi işlərinin hazırlanması;

30.Məzunların qiymət cədvəllərinin yoxlanılması və hazırlanmasına nəzarət;

31.Qəbul planının hazırlanması;

32.Təqaüd əmrlərinin hazırlanması;

33.İstehsalat və pedaqoji təcrübələrinə hazırlıq və həyata keçirilməsinə nəzarət;

34.Yay məktəbinin təşkili və həyata keçirilməsinə nəzarət;

35.Diplom əmrlərinin hazırlanması;

36.Tibb şəhadətnamələrinin Azərbaycan Respublikası Təhsil Nazirliyindən gətirilməsi və doldurulub tələbələrə təqdim edilməsi;

37.Məzunlarla bağlı arayışların hazırlanması;

38.Müəllimlərin sillabuslarının hazırlanmasına və təsdiq edilməsinə nəzarət;

39.Açıq dərs qrafiklərinin hazırlanması və keçirilməsinə nəzarət;

40.Fənn kabinələri, tədris laboratoriya­la­rı­ və mərkəzlərin işinə nəzarət;

41.Magistratura təhsil səviyyəsi əyani şöbəsinin II kurs tələbələrinin elmi pedaqoji təcrübələri və elmi tədqiqat təcrübələrinin təşkil edilməsinə və keçirilməsinə nəzarət;

42.Rezident və doktorantların sayı haqqında aylıq məlumatların hazırlanması.