Axtarış

AZ EN

Haqqında

Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin (indiki Təhsil Nazirliyinin) 18.10.1991-ci il tarixli 46-II-4537-16 nömrəli məktubuna əsasən Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin 01 noyabr 1991-ci il 251 nömrəli əmrinə əsasən İstehsalın iqtisadiyyatı və idarəedilməsi, Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisaslarını əhatə edən “İqtisad” fakültəsi yaradılmışdır. 2020-ci ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə fakültənin adı “İqtisadiyyat və idarəetmə” fakültəsi olaraq dəyişdirilmişdir.

Fakültənin dekanları:

  • Akif Vəli oğlu Mədətov, i.ü.f.d., dosent 1991-1994
  • Ağarza Ağahəsən oğlu Rüstəmov i.e.d., pofessor 1994-2004
  • Asif İsmayıl oğlu Şirəliyev i.e.d., professor 2004-2014
  • Mehdi Siyavuş oğlu Bağırov i.ü.f.d., dosent 2016-2017
  • Əşrəf Umud oğlu Ələkbərov i.ü.f.d., dosent 2018-

Fakültənin dekan müavinləri:

  • Şükür Aloş oğlu Məmmədov t.ü.f.d., dosent 1991-1994
  • Yusif Hüseyn oğlu Hüseynov f.ü.f.d., dosent 1994-1995
  • Məmməd Hüseyn oğlu Rzayev f.e.d., professor 1995-1997
  • Teymur Abbas oğlu Abbasov i.e.d., professor 1997-2004
  • Müslüm Əli oğlu Cabbarzadə i.ü.f.d., dosent 2004-2014
  • Teymur Abbas oğlu Abbasov i.e.d., professor 2014-2016
  • Əşrəf Umud oğlu Ələkbərov i.ü.f.d., dosent 2016-2018
  • Rauf Abdulla oğlu Rəhimov 2018-2021
  • Asif Eldar oğlu Abdullayev 2022-

Hal-hazırda fakültədə 4 kafedra fəaliyyət göstərir.

Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:

  • İqtisadiyyat (əyani və qiyabi şöbələr)
  • İqtisadiyyat (ingilis dilində)
  • Mühasibat (əyani və qiyabi şöbələr)
  • Menecment
  • Marketinq
  • Turizm işinin təşkili
  • Dövlət və bələdiyyə idarəetməsi
  • Beynəlxalq ticarət və logistika
  • Maliyyə

Respublikamızda təhsilə göstərilən dövlət qayğısı sayəsində əldə edilən uğurların miqyası getdikcə artmaqdadır. Bütün bunların məntiqi nəticəsi olaraq 2017-ci ildə İqtisadiyyat və idarəetmə fakültəsi üçün yeni tədris korpusu tikilərək müəllim və tələbələrin istifadəsinə verilmişdir. Fakültə dekanlığının və kafedraların birgə fəaliyyəti ilə Boloniya sisteminin tələblərinə uyğun tədris proqramları hazırlanmış, tədris olunan fənlərin müasir standartlar əsasında təşkili daim diqqət mərkəzində saxlanılmışdır. Yüksək ixtisaslı iqtisadçı kadrların hazırlığı sahəsində fakültədə 3 professor, 14 dosent, 6 baş müəllim, 17 müəllim və 4 tədrisə köməkçi heyət fəaliyyət göstərir. Fakültənin tədris bazası 1 elektron kürsülü, 5 proyektorlu və smart lövhəli olmaqla 24 auditoriyadan, bir kitabxanadan və yüksək sürətli internətə bağlı olan komputer sinfindən ibarətdir.

Fakültə tələbələri istər universitet daxili, istərsə də beynəlxalq səviyyəli tədbirlərdə daim uğurla iştirak edirlər. Tələbələrimizin bilik yarışlarında fakültəmizi, Universitetimizi layiqincə təmsil etməsi daha sevindirici haldır. İstər respublika səviyyəsində, istərsə də muxtar respublika səviyyəsində son dövrdə geniş vüsət almış “startup” hərəkatında fakültəmizin tələbələrinin uğurlu iştirakı daha diqqətə layiqdir. Belə ki, 12.10.2018-ci il tarixdə “İdeyadan Biznesə” layihəsi çərçivəsində Naxçıvan turunun qalibi Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Noahland” komandası olmuşdur.

Bakıda ilk dəfə olaraq oktyabrın 26-30-da təşkil edilmiş “İnnovasiyalar həftəsi” çərçivəsində Milli Finalda dəvət olunublar. 2018-ci ilin oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçirilmiş Milli Finalda Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Noahland” layihəsi üçüncü yerə layiq görülüb. Milli Finalda qalib gəlmiş layihə kimi Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin komandası 2018-ci ilin dekabrın 4-7-də təşkil edilmiş XXIV “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransda çıxış etmişdir.

2020-ci ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən keçirilən startap müsabiqəsində İqtisadiyyat və idarəetmə fakültəsi tələbələrinin təqdim etdikləri “Vita Block” layihəsi birinci yerə layiq görülmüşdür.

Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirmək üçün ENACTUS hərəkatı çox önəmli rola malikdir. Əsasını İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinin təşkil etdiyi Naxçıvan Dövlət Universitetinin ENACTUS (SİFE) komandası 2008-ci ildə yaradılmışdır. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq komanda keçirilən yarışmalarda bir çox uğurlar əldə etmişdir. Belə ki, 2009-cu ildə ölkənin ən nüfuzlu ali məktəblərinin qatıldığı milli çempionatda tələbələrimiz uğurla çıxış edərək III yerə layiq görülmüş və ölkəmizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında keçirilən yarışmada təmsil etmək hüququ qazanmışlar. Qazağıstan, Qırğızıstan, Türkmənistan və Azərbaycan komandalarının iştirak etdiyi regional Forumda tələbələrimiz tərəfindən təqdim olunan layihələr beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş, “Ən yaxşı biznes layihəsi” və “Ən yaxşı sosial layihə” nominasiyaları üzrə qalib elan edilmişdir.

2010-cu ildə Bakı şəhərində keçirilən milli çempionatda komandamız daha inamla çıxış etmiş, bütün rəqiblərini geridə qoyaraq 2010-cu ilin ENACTUS (SİFE) çempionu adını qazanmışdır. 14 nəfərlik heyətdən ibarət olan komanda ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən dünya çempionatında ölkəmizi uğurla təmsil etmişdir. 2010-cu ilin Dünya Kuboku uğrunda yarışmalarda universitetimizin komandası qrup mərhələsində 4-cü yerə layiq görülmüş, təqdim edilən layihələrdən biri “müvəffəqiyyətli məhsul” nominasiyasının qalibi olmuşdur.

Sevindirici haldır ki, 2011-ci ilin may ayında Bakı şəhərində keçirilən VI Respublika Çempionatında da komandamız 1-ci yerə layiq görülmüş, ikinci dəfə ölkə çempionu kimi Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilmiş Dünya Çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanmışdır.

2012 və 2013-cü illərdə komandamız milli çempionatda 3-cü yerə layiq görülmüşdür.

2014-cü ildə 3-cü dəfə Azərbaycan çempionu olan ENACTUS komandamız ölkəmizi Çində keçirilən Dünya çempionatında layiqincə təmsil etmişdir. Bundan əlavə Erasmus, Mövlana və digər proqramlar çərçivəsində həm bakalavr, həm də magistr səviyyəsində tələbələrimiz xarici ölkələrdə təhsil alırlar.

Rəhbərlik və Heyət

Asif Abdullayev

Asif Abdullayev

Tədris işləri üzrə dekan müavini

Ağarza Rüstəmov

Ağarza Rüstəmov

Məsləhətçi-professor

Aysun Məmmədova

Aysun Məmmədova

Akademik məsləhətçi (tyutor)

Ülvü Məmmədli

Ülvü Məmmədli

Akademik məsləhətçi (tyutor)

Şirəli Əliyev

Şirəli Əliyev

Akademik məsləhətçi (tyutor):

Elcan Qənimətli

Elcan Qənimətli

Akademik məsləhətçi (tyutor)

Ulduz Məhərrəmova

Ulduz Məhərrəmova

Kompüter operatoru

Beynəlxalq ticarət və menecment kafedrası

Haliyədə “Beynəlxalq ticarət və menecment” kafedrasında 9 müəl­­lim fəaliyyət göstərməkdədir. “Beynəlxalq ticarət və menecment” ka­­fedrasında elmi-pedaqoji fəa­liy­yət göstərən 9 əməkdaşdan 3 nəfəri tam ştat, 6 nə­fə­ri yarım ştatdır. Kafedra əmək­daş­la­rın­dan 5 nəfər do­­sent, 2 nəfər baş müəllim, 2 nəfər isə müəl­lim­dir. “Beynəlxalq ticarət və menecment” kafedrasında ali təhsilin ba­ka­lavr və magistratura pilləsinin aşağıdakı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir:

Bakalavr pilləsi üzrə

1. Menecment

2. Beynəlxalq ticarət və logistika

Magistratura pilləsi üzrə

1. Beynəlxalq iqtisadi münasibətlər

2.Strateji idarəetmə

3.Biznesin təşkili və idarə edilməsi (Bank işi)-MBA

Bələdiyyə və turizm kafedrası

Bələdiyyə və turizm kafedrasında 8 əməkdaş və 1 baş laborant fəaliyyət göstərir. 8 nəfər əməkdaş elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Bunlardan 1 nəfər əməkdaş i.ü.f.d.dosent, 1 nəfər əməkdaş fəlsəfə üzrə üzrə fəlsəfə doktoru, 1 nəfər əməkdaş baş müəllim, 5 nəfər əməkdaş müəllim vəzifəsində çalışır. 1 nəfər isə tədrisə köməkçi heyəti vəzifəsində çalışır.

  • Bakalavr təhsil pilləsi üzrə:

1. Dövlət və bələdiyyə idarəetməsi

2. Turizm işinin təşkili

  • Magist təhsil pilləsi üzrə:

1. Dövlət qulluğunun təşkili və idarə edilməsi

İqtisadiyyat və marketinq kafedrası

Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsi nəzdində fəaliyyət göstərən “İqtisadiyyat və marketinq” kafedrası 22 noyabr 1991-ci ildə yaradılmışdır. 1991-1996-cı illər ərzində ka­fedra əsasən “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə kadr hazırlığı ilə məşğul olmuşdur. “İs­tehsalın iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə kadr hazırlığının dayandırılması və əmək bazarının tələblərinə uyğun olaraq ye­ni ixtisasların – “İqtisadiyyatın tənzimlənməsi” və “İqtisadiyyat” ixtisaslarının açılması ilə əlaqədar olaraq kafedranın adı 1998-ci il­də dəyişdirilərək “İqtisadiyyat və tənzimləmə” kafedrası, daha sonra 2010-cu ildə yenidən dəyişdirilərək “İqtisadiyyat” kafedrası ad­lan­dırılmışdır. 1 may 2023-cü il tarixdən yeni ixtisasın açılması ilə əlaqədar kafedranın adı “İqtisadiyyat və marketinq” olaraq dəyişdirilmişdir.

Hazırda “İqtisadiyyat və marketinq” kafedrasında 21 müəl­­lim və 1 la­bo­rant fəaliyyət göstərməkdədir. Ka­­fedrada elmi-pedaqoji fəa­liy­yət göstərən 21 əməkdaşdan 10 nəfəri tam ştat, 12 nə­fə­ri yarım ştatdır. Kafedra əmək­daş­la­rın­dan 1 nəfəri məsləhətçi professor, 6 nəfər do­­sent, 1 nəfər baş müəllim, 14 nəfər isə müəl­lim­dir.

Kafedranın missiyası:

- Ölkəmiz və vətəndaşlarımızın gələcəyi naminə milli-mənəvi dəyərlərə, elmi-texniki bacarıqlara əsaslanan təhsil vermək, tədqiqatlar aparmaq;

- dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunan Azərbaycan Respublikasının formalaşmaqda olan milli iqtisadiyyatının maraq və mənafelərinin təmin edilməsi istiqamətində gənc nəsildə bilik və bacarıqlar aşılamaq.

“İqtisadiyyat və marketinq” kafedrasında ali təhsilin ba­ka­lavr və magistratura pilləsinin aşağıdakı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir:

Bakalavr pilləsi üzrə

1. İqtisadiyyat – tədrisi azərbaycan dilində (əyani və qiyabi şöbə);

2. İqtisadiyyat – tədrisi ingilis dilində

3. Marketinq - əyani.

Magistratura pilləsi üzrə

1. İqtisadiyyatın tənzimlənməsi – tədrisi azərbaycan dilində;

2. İqtisadiyyatın tənzimlənməsi – tədrisi ingilis dilində.

Mühasibat və maliyyə kafedrası

Haliyədə “Mühasibat və maliyyə” kafedrasında 7 müəllim və 1 laborant fəaliyyət göstərməkdədir. “Mühasibat və maliyyə” kafedrasında elmi-pedaqoji fəaliyyət göstərən  əməkdaşlarından 5 nəfəri tam ştat, 3 nəfəri yarım ştat müəllimdir. Kafedra əməkdaşlarından 2 nəfər professor, 2 nəfər dosent, 2 nəfər baş müəllim, 1 nəfər isə müəllimdir.

  • Bakalvr təhsil pilləsi üzrə: Mühasibat (əyani və qiyabi şöbə üzrə)
  • Magistr təhsil pilləsi üzrə: İstehsal sferasında mühasibat uçotu və audit