Pedaqoji fakültə 1984-cü ilin sentyabr ayında təşkil olunmuş, “İbtidai təhsil və məktəbəqədər tərbiyə” fakültəsinin bazası əsasında 1996-cı ildə yaradılmışdır.
Pedaqoji fakültənin binası 2012-ci ilin sentyabr ayında bir mərtəbə də artırılaraq tam yenidən təmir olunub istifadəyə verilmişdir.
Fakültədə üç ixtisas üzrə müəllim kadrları hazırlanır.
Fakültədə 1 görüntülü otaq, 5 proektor otağı, 1 elektron imtahan otağı (29 komputer) tələbələrin istifadəsindədir.
“Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasına tələbə qəbulu 1994-cü ildən bu günədək davam edir və mülki-müdafiə çağırışaqədərki hazırlığın tədrisi metodikası kabinələri fəaliyyət göstərir. Bundan əlavə bu ixtisas üçün açıq şəraitdə sıra təlimi dərslərini tədris etmək üçün yeni təlim meydanı, Atıcılıq dərslərini yüksək səviyyədə keçmək üçün isə yeni atıcılıq otağı da tələbələrin istifadəsinə verilmişdir.
“Texnologiya müəllimliyi” ixtisasına tələbə qəbulu 2012-ci il tarixdən aparılır. Hazırda bu ixtisasın fakültədə yetərincə maddi texniki bazası var. Belə ki, “Ağac və metal məmulatlarının hazırlanması texnologiyası” labarotoriyası, “Tikiş praktikumu”, “Toxuculuq kabinəsi”, “Kulinariya”, “Xalçaçılıq”, “Dekorativ təsviri sənət kabinəsi” və “Məişət adət ənənələri və milli geyim kabinəsi” yüksək avadanlıqlarla təchiz olunub tələbələrin istifadəsindədir.
“Bədən tərbiyəsi və idman” ixtisasına tələbə qəbulu 2000-ci il tarixdən 2020-ci il tarixədək aparılmış. 2020-ci ildən isə “Məşqçilik” ixtisası kimi davam etdirilir.
Fakültəmizin idman ixtisasları üçün də maddi texniki imkanlarımız böyükdür.
2009-cu ildə böyük və bütün imkanlara malik olan idman kompleksi tikilib idmançıların ixtiyarına verilib. Burada Voleybol, Bosketbol, Badminton, Stolüstü tennis, Güləş zalı, Boks meydançası, Trinojor otağı fəaliyyət göstərir. Bundan əlavə fakültə və universitet idmançılarının ixtiyarında 1 böyük futbol və mini futbol meydançaları da vardır.
Fakültədə “Məktəb tarixi” kabinəsi, “İdman muzeyi”, “Əl işləri” muzeyi də fəaliyyət göstərir.
Yuxarıda göstərilən kabinə, muzey, labolatoriyalardan başqa kompyuterlərlə təmin olunmuş 16 tədris auditoriyasıda tələbələrimizin xidmətindədir.

