Naxçıvan Dövlət Universiteti (Naxçıvan Dövlət Pedaqoji İnstitutu) 1967- ci ildə fəaliyyətə başlamışdır. 1972-ci ildə noyabr ayının 1-də Naxçıvan Pedaqoji İnstitutunun elmi şurasının qərarı ilə “Mülkü Müdafiə və Bədən tərbiyəsi” kafedrası yaradılmış və Hüseynov Xalid Lətif oğlu müdir təyin olunmuşdur. Ondan sonra isə 1994- cü ilə kimi Həsən Bayramov Mülki müdafiə kafedrasına rəhbərlik etmişdir. Həsən Bayramovdan sonra kafedra müdiri Xəqani həkim, Mehman Allahverdiyev, Cavanşir Zeynallı və 2007 ci ilin noyabr ayından Dosent Rzayev Oktay Rza oğlu, 2023-cı ilin iyun ayından Dosent Əlixanov Valeh Məmməd oğlu kafedraya rəhbərlik edir. Həmin dövrdən dövlət proqramı əsasında, məcburi dərs formasında keçirilən Mülki müdafiə və Tibbi biliklərin əsasları fənləri kafedrada tədris olunur.
Naxçıvan Dövlət Universiteti rektorunun əmri ilə Çağırışaqədərki hazırlıq və Mülki müdafiə kafedrasına 2023-cı ilin iyun ayından Dosent Əlixanov Valeh Məmməd oğlu rəhbərlik edir.

