Axtarış

AZ EN

Haqqında

“Pedaqogika və psixologiya” kafedrası 1970-ci ildə yaradılmış və fəaliyyətə başladığı vaxtdan etibarən universitetin ictimai-siyasi və elmi-pedaqoji həyatında mühüm rol oynamış, təlim-tərbiyə prosesinin əsas iştirakçılarından biri kimi çıxış etmişdir. Tədris prosesinin yüksək səviyyədə təşkili, tələbələrin peşəkar müəllim kadrları kimi hazırlanması, onların yetkin vətəndaş kimi formalaşması və digər mühüm məsələlərin həlli kafedranın başlıca funksiyası və əsas vəzifələri sırasında yer almışdır. Gələcək müəllimlərin pedaqoji-psixoloji hazırlığının möhkəmləndirilməsi məqsədilə mühazirə və seminar məşğələləri dövrün tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil edilmişdir.

Kafedranın ilk müdiri professor İbrahim Mollayev olmuşdur. Hazırda kafedranın nəzdində “İnklüziv Təhsil Mərkəzi” və “Məktəb tarixi” kabinəsi də fəaliyyət göstərməkdədir.

Kafedranın missiyası: Ümumbəşəri dəyərləri mənimsəyən, milli ruhda yetişən və hərtərəfli inkişaf edən peşəkar kadrların hazırlanması.

Kafedranın vizyonu: Daim inkişaf edən, təkmilləşən və yenilikçi kafedra olaraq regionun təhsil məkanında lider kafedraya çevrilmək.

Dəyərlər: 

- İnnovativlik;

- Yaradıcılıq;

- Mükəmməllik;

- Milli-mənəvi dəyərlərə bağlılıq.

 Hədəflərimiz:

- Yüksək səviyədə təlimlərin keçirilməsi;

- Elmi-texnoloji məsələləri anlamaq üçün zəruri olan əsas konsepsiyaların mənimsənilməsinə imkan verən təhsil proqramlarının hazırlanması və tətbiq edilməsi;

- Problem həll etmə, təcrübə və arşdırmaya əsaslanan tədris metodlarından istifadə edilməsi;

-Araşdırma və təcrübə ilə zəngin elmi ətraf mühitin yaradılması və inkişaf etdirilməsi.

 “Pedaqogika və psixologiya”  kafedrasında  12 nəfər professor-müəllim heyəti və 2 nəfər tədrisə köməkçi heyət çalışır. Onlardan 10 nəfəri fəlsəfə doktoru (1 nəfəri  professor, 6 nəfəri dosent, 2 nəfəri baş müəllim, 1 nəfəri müəllim), 1 nəfəri elmlər doktoru (professor), 1 nəfəri baş müəllim, 1 nəfəri laborant, 1 nəfəri isə kabinə müdiridir.

Rəhbərlik və Heyət