1995-ci ildə Naxçıvan Dövlət Universitetində Fənlərin tədrisi metodikası kafedrası yaradılmışdır. 2012-cü ildən kafedranın adı deyişilərək “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrası adlandırılmışdır. Hal-hazırda həmin kafedrada 5 nəfər müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 1 nəfər dosent, 2 nəfər fəlsəfə doktoru, 2 nəfər baş müəllim, 1 nəfər müəllim, 1nəfər 0,5 ştat müəllimdir.
Naxçıvan Dövlət Universitetin rektorunun əmri ilə Filologiya üzrə fəlsəfə doktoru, dosent Quliyeva Mətanət Həsənqulu qızı 2019-cu ilin mart ayından etibarən “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir. Kafedranın adı 2024-cü ildə dəyişdirilərək “Texnologiya” kafedrası olmuşdur.

