Naxçıvan Dövlət Universitetinin (Naxçıvan Dövlət Pedaqoji İnstitutu) 1967- ci ildə fəaliyyətə başlamışdır. Bu zaman bir Bədən tərbiyə müəllimi olmuşdur. 1972-ci ildə noyabr ayının 1-də “Mülkü Müdafiə və Bədən tərbiyə” kafedrası yaradılmış və Hüseynov Xalid Lətif oğlu müdir təyin olunmuşdur. 1979-cu ildə Bədən tərbiyəsi və idman kafedrasına Bağırov İsrafil Məmmədəli oğlu müəllim təyin edilmişdur. Həmin dövrdən dövlət proqramı əsasında, məcburi dərs formasında keçirilən bədən tərbiyəsi dərsləri ilə yanaşı filial direktorluğunun 01 oktyabr 1970-ci il tarixli əmrinə əsasən filialda stolüstü tennis, futbol, basketbol, voleybol, gimnastika üzrə dərsdənkənar məşğələlər təşkil edilmişdir. Bu məşğələlərə rəhbərlik Hüseynov Xalid Lətif oğlu və Bağırov İsrafil Məmmədəli oğlu rəhbərllik etmişdir. 1986- cı ildən Məmmədov Nizami İmaməli oğlu Bədən tərbiyəsi və idman kafedrasının müdiri işləmişdir. 2000-ci ildən Rəhimov Məmmədəli Həmzə oğlu Fiziki tərbiyə və idman oyunları kafedrasına, Kazımov İntiqam Hacı oğlu isə Bədən tərbiyəsi və idman kafedrasına müdir təyin edilmişdir. Sonra isə kafedralar Bədən tərbiyəsi və idman kafedrası adı altında birləşdirilmiş, haliyyədə həmin kafedraya Tağıyev Əvəz Zeynalabdın oğlu rəhbərlik edir.
Naxçıvan Dövlət Universitetinin rektorunun əmri ilə Bədən tərbiyəsi və idman kafedrasına Tağıyev Əvəz Zeynalabdın oğlu 2016 -cı ilin iyun ayından etibarən “ Bədən tərbiyəsi və idman” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir. Kafedranın adı 2024-cü ildən dəyişdirilərək “Məşqçilik” olmuşdur.

