NDU kollektivi 12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günündə Ulu Öndərin xatirəsini yad edib
12.12.2025
04:51
Naxçıvan Dövlət Universitetinin kollektivi müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramını ifadə edib. Universitet rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşlar 12 Dekabr – Anım Günü ilə əlaqədar Naxçıvan şəhərinin baş meydanında ucalan Ulu Öndərin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub.

