Axtarış

AZ EN

Haqqında

Naxçıvan Dövlət Universitetinin Tədrisin təşkili şöbəsi universitetdə Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyinin Əsasnaməsinə uyğun qurulmuşdur. "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2017-ci il tarixli 257 nömrəli qərarı ilə bu qərara edilmiş dəyişikliklərə uyğun təşkil edilmişdir. Aşağıda qeyd olunan məsələlər Tədrisin təşkili şöbəsinin ümumi fəaliyyətini əhatə edir:

1.Tədris illəri üzrə akademik təqvim (bakalavr və magistr səviyyəsi üçün);

2.İxtisaslar üzrə tədris planları və tapşırıqların hazırlanması;

3.Tədris yükləri;

4.Dərs cədvəllərinin hazırlanıb təsdiq edilməsi;

5.İmtahan cədvəllərinin hazırlanıb təsdiq edilməsi;

6.Akademik borcu olan tələbələrin dərslərinin təşkili və imtahanları;

7.Tələbələrin köçürülmələri, universitetə yenidən bərpa olunmaları, təkrar ali təhsil, akademik məzuniyyət və hərbi xidmətlə bağlı əmrlərin hazırlanması;

8.Transkriptlərin təsdiq edilməsi;

9.Tələbə hərəkəti ilə bağlı statistik məlumatlar;

10.Buraxılış işlərinin mövzularının təsdiqi, müdafiə ilə bağlı hazırlıq işləri;

11.Təhsil haqqından azad olunan tələbələrlə bağlı sənədlərin yığılması və əmrlərin yazılması;

12.Tələbə Məzun Elektron Məlumat Sisteminə tələbə əmrlərinin mütəmadi daxil edilməsi, yeni qəbul olunmuş əcnəbi tələbələrin sistemə daxil edilməsi, məzunlarla bağlı məlumatların sistemə daxil edilməsi;

13.Yekun Dövlət Attestasiya komissiyalarının tərkibi haqqında əmrlərin hazırlanması;

14.Təhsil Nazirliyinin hesabat formalarının hazırlanması;

15.Sorğu məktublarına cavab;

16.Akademik arayışların yazılması;
17.Məzunların şəxsi işlərinin arxivə təhvil verilməsi;

18.Diplom və qiymət cədvəllərinin doldurulması və paylanması;
19.Diplomların həqiqiliyinin yoxlanılması sorğularına cavabların hazırlanması;
20.Fakültə dekanlıqları və digər strukturlarla iş birliyi;
21.Elm və Təhsil Nazirliyinin Diplom Təsdiq Sisteminə məlumatların yazılması;

22.Elm və Təhsil Nazirliyinin Ali Təhsil Müəssisələrinin İnformasiya Sisteminə məlumatların daxil edilməsi;

23.Tələbələrin fərdi tədris planının hazırlanmasına nəzarət;

24.İmtahan sessiyalarına hazırlıq və təşkili, tələb olunan normativ sənədlərin təminatı;

25.Tələbələrin dərsə davamiyyətinə nəzarət;

26.Dərs jurnallarının hazırlanması və yazılmasına nəzarət;

27.Azərbaycan Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Statistika Komitəsinə Rəsmi Statistik Hesabat formalarının hazırlanması;

28.Birinci kurs qəbul olmuş tələbələrin sənədlərinin qəbulu və saxlanılması;

29.Saat hesabı müəllimlərin şəxsi işlərinin hazırlanması;

30.Məzunların qiymət cədvəllərinin yoxlanılması və hazırlanmasına nəzarət;

31.Qəbul planının hazırlanması;

32.Təqaüd əmrlərinin hazırlanması;

33.İstehsalat və pedaqoji təcrübələrinə hazırlıq və həyata keçirilməsinə nəzarət;

34.Yay məktəbinin təşkili və həyata keçirilməsinə nəzarət;

35.Diplom əmrlərinin hazırlanması;

36.Tibb şəhadətnamələrinin Azərbaycan Respublikası Təhsil Nazirliyindən gətirilməsi və doldurulub tələbələrə təqdim edilməsi;

37.Məzunlarla bağlı arayışların hazırlanması;

38.Müəllimlərin sillabuslarının hazırlanmasına və təsdiq edilməsinə nəzarət;

39.Açıq dərs qrafiklərinin hazırlanması və keçirilməsinə nəzarət;

40.Fənn kabinələri, tədris laboratoriya­la­rı­ və mərkəzlərin işinə nəzarət;

41.Magistratura təhsil səviyyəsi əyani şöbəsinin II kurs tələbələrinin elmi pedaqoji təcrübələri və elmi tədqiqat təcrübələrinin təşkil edilməsinə və keçirilməsinə nəzarət;

42.Rezident və doktorantların sayı haqqında aylıq məlumatların hazırlanması.

Rəhbərlik və Heyət

Seyidova Aynurə

Seyidova Aynurə

Şöbə müdiri

Fərhadlı Anar

Fərhadlı Anar

Müdir müavini

Elvin Qocayev

Elvin Qocayev

Baş metodist

Nəsirov Rza

Nəsirov Rza

Metodist

Seyidova Nazlı

Seyidova Nazlı

Baş mütəxəssis (dövlət nümunəli sənədlərin işlənməsi üzrə)

Əbülfəz Salmanov

Əbülfəz Salmanov

Baş mütəxəssis

Nubar Səfərli

Nubar Səfərli

Baş mütəxəssis

Şirzad Babayev

Şirzad Babayev

Baş mütəxəssis

Əzizova Fidan

Əzizova Fidan

Mütəxəssis

Mustafayeva Minurə

Mustafayeva Minurə

Mütəxəssis

Sadiqova Samirə

Sadiqova Samirə

Mütəxəssis

Abdullayeva Nurlana

Abdullayeva Nurlana

Baş mütəxəssis (Elektron təhsil sistemləri üzrə)

Mirzəyeva Aytən

Mirzəyeva Aytən

Mütəxəssis (Elektron təhsil sistemləri üzrə)

İbrahimova Nəsibə

İbrahimova Nəsibə

Kompüter operatoru

Nəsirli Məryəm

Nəsirli Məryəm

Kompüter operatoru