Axtarış

AZ EN

Qəbul Qaydaları

Qəbul qaydaları və tələb olunan sənədlər.

Universitetə qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun aparılır.

Əcnəbi vətəndaşlar Naxçıvan Dövlət Universitetində təhsil almaq üçün tələb olunan sənədləri elektron formada portal.edu.az veb səhifəsi üzərindən təqdim etməlidirlər. Sənədlərə müvafiq komissiya tərəfindən baxıldıqdan sonra namizədlər üz-üzə müsahibəyə dəvət edilir.

Viza tələb olunan ölkələrdən müraciət edən namizədlər üçün isə müsahibə online formada aparıla bilər

Müsahibənin keçirilmə yeri və vaxtı Universitet tərəfindən müəyyən edilir və bu barədə məlumatları özündə əks etdirən qrafik və namizədin ad,soyad, və ata adı müsahibəyə azı 3 gün qalmış www.ndu.ed.az saytına yerləşdirilir, yaxud portal və e-mail üzərindən məktub göndərilir.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və ya qanunla müəyyən edilmiş qaydada ona bərabər tutulan sənədi təqdim etməklə, müsahibədə iştirak edir.

Hər namizədə 15 ( on beş) dəqiqə vaxt ayrılır.

Müsahibənin nəticəsinə dair namizədin e-mail ünvanına arayış göndərilir.

Qiymətləndirmə meyarları:

Dil bilikləri

Bilik səviyyəsi- (ixtisasa dair nəzəri biliklər, müsahibə proqramı üzrə ümumi bilikləri, informasiya texnologiyaları üzrə biliklər)

Qəbul üçün tələb olunan sənədlər:

  • Bitirdiyi təhsil pilləsi üzrə attestat və ya diplom;
  • keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin (sənədlərin) notarial təsdiq olunmuş surəti (surətləri);
  • sağlamlıq və QİÇS haqqında arayışlar;
  • məhkumluq haqqında arayış
  • pasport pasportun surəti,
  • tərcümeyi-hal;
  • 3×4 ölçüdə 8 ədəd fotoşəkil.

Qeyd:

  • Azərbaycan Respublikasından kənarda bakalavr dərəcəsi almış əcnəbi tələbə magistraturada təhsil almaq üçün sənədlərini təqdim etməzdən əvvəl diplomunun ekvivalentliyini Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirməlidir. Bundan sonra təsdiq olunmuş diplomunu və notarial qaydada təsdiq olunmuş surətini bakalavr pilləsinə qəbul olunmaq üçün tələb olunan digər sənədlərlə birlikdə təqdim etməlidir.