Respublikamızda məqsədə uyğun şəkildə həyata keçirilən sosial iqtisadi siyasət nəticəsində yüksək inkişafa nail olunmuş əhalinin maddi rifah halı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmişdir. Azərbaycan Respublikası inkişaf etmiş ölkələrə yaxınlaşmaqdadır. Göstərilənlərin əldə edilməsi bilavasitə təhsillə bağlıdır. Ümummilli lider H.Əliyevin dediyi kimi təhsil hər bir ölkənin gələcəyidir.
Son illərdə respublikamızda qəbul edilmiş təhsillə bağlı dövlət sənədlərində aparılacaq islahatlarla yanaşı bu islahatların konkret məqsədini göstərən. 15 iyun 1999-cu ildə ümummilli lider H.Əliyevin 168 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı”nda eləcə də,Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanunda təsbit olunmuş tələbləri, sosial, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir.
Kafedranın tarixi
Fəlsəfə kafedrası 1972-ci ildə yaranmış və müxtəlif adlar altında fəaliyyət göstərib. Kafedra fakültəmizdə və Üniversitetin digər fakültələrində Fəlsəfə,sosial iş,sosiologiya,məntiq ,multikulturalizmə giriş fənlərinin tədrisi ilə məşğuldur.
Hal-hazırda Sosial və ictimai münasibətlər kafedrası adlanan bu kafedrada 4 fəlsəfə elmləri doktoru,(onlardan biri professor,üçü dosent), 2 fəlsəfə üzrə fəlsəfə doktoru,3 baş müəllim,8 müəllim və 1 laborant fəaliyyət göstərir.
Sosial və ictimai münasibətlər kafedrasının professor-müəllim heyəti Universitetin və Naxçıvan Muxtar Respublikasının ictimai həyatında fəal iştirak edir.

