Memarlıq və mühəndislik fakültəsi 1988-ci ildən yüksək ixtisaslı mühəndis kadrların yetişdirilməsi ilə məşğuldur. Fakültədə 5 kafedra fəaliyyət göstərir. Fakültə tərkibində tələbə gənclər təşkilatı, tələbə elmi cəmiyyəti, idman şurası və müxtəlif ixtisaslara uyğun dərnəklər fəaliyyət göstərir. Fakültənin nəznində “Memarlıq muzeyi” və texniki yaradıcılıq kabinələri fəaliyyət göstərir. Fakültə dekanı 2001-2007-ci illərdə Arif Abbasov, 2007-2013-cü illərdə Mübariz Nuriyev olmuşdur. 2013-cü ildən isə fakültə dekanı Cavanşir Zeynalovdur. 2001-2003-cü illərdə Həsən Babayev, 2003-2020 illərdə Məmməd Rəcəbov, 2020-2022-ci illərdə Rüstəm Məmmədov dekan müavini olmuşdur. 2022-ci ildən isə dekan müavini Tərxan Orucovdur.
Fakültədə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır:
- İnformasiya texnologiyaları
- Energetika mühəndisliyi
- Elektroenergetika mühəndisliyi
- Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
- Nəqliyyat mühəndisliyi
- Meliorasiya mühəndisliyi
- Ekologiya mühəndisliyi
- Memarlıq
- Kompüter mühəndisliyi
- Proseslərin avtomatlaşdırılması
- Elektrik və elektronika mühəndisliyi
- Kompüter mühəndisliyi (ingilis dilində)
Fakültə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, NMR Dövlət Energetika Xidməti, “Naxçıvan Dəmir Yolları” MMC, NMR Dövlət Meliorasiya və Su təsərrüfatı Komitəsi, NMR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, NMR Memarlar Birliyi ilə əməkdaşlıq edir. Məzunlarımız sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsində böyük xidmətlər göstərirlər. Fakültədə müxtəlif avadanlıqlarla təchiz olunmuş auditoriya və laboratoriyalarda baloniya prosesi ilə təsbit edilən kredit sisteminə uyğun tədris planları əsasında müxtəlif elmi və texnoloji problemləri həll edə biləcək 600-dən çox yerli, 60-dan çox xarici tələbə bakalavr pilləsində təhsil alır. Tələbələrin tədrisi ilə yüksək ixtisaslı kadrlar məşğul olurlar.

