2018-ci il iyun ayının 1-dən “Nəqliyyat mühəndisliyi” kafedrası və “Rabitə və informasiya texnologiyaları” kafedrası birləşdirilərək yeni “Nəqliyyat və informasiya texnologiyaları” kafedrası yaradılmışdır. 2021 - ci ildə may ayının 4-dən “Nəqliyyat və informasiya texnologiyaları” kafedrasından ayrılaraq “Elektronika və informasiya texnologiyaları” kafedrası adı altında fəaliyyətə başlamışdır. 2023-cü il iyun ayınadək kafedraya ictimai əsaslarla Zeynalov Cavanşir İbrahim oğlu rəhbərlik edib.
Naxçıvan Dövlət Universitetinin rektorunun əmri ilə 06 iyul 2023-cü ildən etibarən kafedra müdiri texnika üzrə fəlsəfə doktoru Hüseyn Ələkbər oğlu Qasımov təyin olunmuşdur və hal-hazırda kafedraya rəhbərlik edir.