Axtarış

AZ EN

Haqqında

İnformasiya və multimedia əsri sayılan XXI əsr öz gəlişi ilə universitetdə mətbuatın da inkişafını sürətləndirərək onu operativ və dinamik bir sahəyə çevirmişdir. 2000-ci ildə universitetdə mətbuat xidmətinin yaradılması ilə ali təhsil ocağının ictimaiyyətlə əlaqələri qurulmuş, 2009-cu ildə mətbuat xidməti əsasında mətbuat şöbəsinin təşkili bu sahədə fəaliyyəti daha da genişləndirmiş və təkmilləşdirmişdi.

2001-ci ildən universitetdə Jurnalistika ixtisası üzrə kadr hazırlığına başlanılması, 2002-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrasının təşkili isə bu sahədə işlərin sistemli və mütəşəkkil aparılmasını şərtləndirmişdi.

Media və ictimaiyyətlə əlaqələr şöbəsi universitetlə KİV arasında əlaqələndirici rolu oynayır. Naxçıvan Dövlət Universitetində elm və təhsil sahəsində baş verən yeniliklər, keçirilən elmi, mədəni-kütləvi tədbirlər, aparılan quruculuq işləri, universitet əməkdaşlarının beynəlxalq konfrans və simpoziumlarda iştirakı, xarici mətbuat orqanlarındakı çıxışları, yeni nəşrlər, mədəniyyət və idman hadisələri barədə operativ informasiya əldə etmək və mətbuatda işıqlandırmaq şöbənin fəaliyyətinin əsasındа dayanır.

Media və ictimaiyyətlə əlaqələr şöbəsi mətbuat orqanlarının elm və tədris yönlü informasiyalara olan tələbatını ödəyir, milli elmin, təhsilin inkişaf tempinin geniş oxucu kütləsinə çatdırılmasında fəal iştirak edir. Şöbə həm də jurnalistika üzrə təhsil alan bakalavr və magistrlərin peşə təcrübəsi qazanmaları üçün etibarlı bazalardan biridir.



Bizimlə əlaqə:


İş tel: (+99436) 544-08-61

Daxili: 11-50

Televiziya

Ətraflı Bax

“YENİ FİKİR” QƏZETİ


Ətraflı Bax

“NUHÇIXAN” RADİOSU


Ətraflı Bax


Rəhbərlik və Heyət

Vakant

Vakant

Şöbə müdiri

Məhərrəmov Aqşin

Məhərrəmov Aqşin

Müdir müavini

Rəhimov Hüseyn

Rəhimov Hüseyn

Videomontaj Operatoru

Qənbərova Günel

Qənbərova Günel

Komputer qrafikaçısı

Zeynalov Cavanşir

Zeynalov Cavanşir

Səs rejissoru

Əhmədov Suat

Əhmədov Suat

SMM (sosial media mütəxəssisi)