“Xalq Çalğı Alətləri” ixtisası Naxçıvan Dövlət Universiteti İncəsənət fakultəsi İfaçılıq kafedrasının (1996-cı il) yarandığı ilk gündən onun nəzdində fəaliyyət göstərmişdir. 2008-ci ildən isə “Xalq Çalğı Alətləri” ixtisası İfaçılıq kafedrasından ayrılaraq “Xalq Çalğı Alətləri” adı altında müstəqil kafedra kimi fəaliyyət göstərmişdir. Haliyədə həmin kafedrada 13 nəfər professor, müəllim heyəti, 6 nəfər konsertmeystr, 1 nəfər isə laborant fəaliyyət göstərir. Bunlardan 1 nəfər Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, Pedaqogika üzrə fəlsəfə doktoru,dosent, 4 nəfər Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, bunlardan 1 nəfər Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimidir. 1 nəfər Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, baş müəllim, 3 nəfər baş müəllim, 1 nəfər Prezidentin fərdi təqaüdçüsü, Naxçıvan MR Əməkdar Mədəniyyət işçisi, müəllim, 3 nəfər isə müəllimdir.
Naxçıvan Dövlət Universitetinin rektorunun əmri ilə Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məmmədov Vahid Məmmədəli oğlu 2025-cü ilin dekabr ayından etibarən “Xalq Çalğı Alətləri” kafedrasının müdiri təyin edilmişdir və hal-hazırda kafedraya rəhbərlik edir.

