Universitet rektorunun 20.05.2020-ci il tarixli 4491 saylı əmri ilə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin nəzdində “Stomatologiya” kafedrası yaradılmışdır. “Stomatologiya” kafedrası ali təhsilin baza tibb təhsili, bakalavr və rezidentura pillələrində “Stomatologiya”, istiqaməti üzrə əsas aparıcı ixtisas kafedralarından biridir. Hazırda həmin kafedrada 14 nəfər professor , müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 2 nəfəri fəlsəfə doktoru, 1 nəfəri baş müəllim, 11 nəfəri isə müəllimdir.
Naxçıvan Dövlət Universitetinin rektorunun 23.11.2020-ci il tarixli 273 saylı əmri ilə “Stomatologiya” kafedrasının müdiri vəzifəsinə, tibb üzrə fəlsəfə doktoru, baş müəllim Cəfərov Rauf Mehralı oğlu təyin edilmiş və hal-hazırdada kafedraya rəhbərlik edir.
Gələcək mütəxəsislərin hazırlığında kafedra 26 müxtəlif fənn üzrə tədris həyata keçirir. Fənlər yüksək ixtisaslı mütəxəsislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur. Kafedranın nəzdində praktiki dərslərin yüksək səviyyədə təşkili üçün 1 laboratoriya (Stomatoloji texniki laboratoriya) və 1 kabinə (Stomatoloji simulyasiya kabinəsi) mövcuddur.

