“Əczaçılıq və biokimya” kafedrası ali təhsilin baza tibb təhsili,bakalavr və magistratura pillələrində“Müalicə işi”, “Tibbi profilaktika”, “Əczaçılıq” və “Əczaçılığın texnologiyası” istiqamətləri üzrə əsas aparıcı ixtisas kafedralarından biridir.
Gələcək mütəxəsislərin hazırlığında kafedra 31 müxtəlif fənn üzrə tədris həyata keçirir. Fənlər yüksək ixtisaslı mütəxəsislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.
Hazırda (Əczaçılıq və biokimya) kafedrasında 13 nəfər professor , müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 1 nəfəri professor, 1 nəfəri dosent, 3 nəfəri biologiya üzrə fəlsəfə doktoru, 3 nəfəri baş müəllim, 5 nəfəri isə müəllimdir.
Naxçıvan Dövlət Universitetinin rektorunun 26.11.2016-ci il tarixli 832 saylı əmri ilə “Əczaçılıq və stomatologiya” kafedrasının müdiri vəzifəsinə, pedaqogikaüzrə fəlsəfə doktoru, dosent Məmmədov Bəhruz Qibləli oğlu təyin edilmiş, hazırda 04.11 2021 ci il tarixli 728 saylı əmr əsasında 2023-cü ilədək biologiya üzrə fəlsəfə doktoru Seyidov Mürsəl Müseyib oğlu kafedraya rəhbərlik edib. Tibb fakültəsinin Elmi Şurasının 29 noyabr 2023-cü il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən 29 noyabr 2023-cü il tarixdən “Əczaçılıq və biokimya kafedrası”na tam ştat kafedra müdiri vəzifəsini Rəhimova Surə Əli qızı icra edir.

