Haliyədə “Beynəlxalq ticarət və menecment” kafedrasında 9 müəllim fəaliyyət göstərməkdədir. “Beynəlxalq ticarət və menecment” kafedrasında elmi-pedaqoji fəaliyyət göstərən 9 əməkdaşdan 3 nəfəri tam ştat, 6 nəfəri yarım ştatdır. Kafedra əməkdaşlarından 5 nəfər dosent, 2 nəfər baş müəllim, 2 nəfər isə müəllimdir. “Beynəlxalq ticarət və menecment” kafedrasında ali təhsilin bakalavr və magistratura pilləsinin aşağıdakı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir:
Bakalavr pilləsi üzrə
1. Menecment
2. Beynəlxalq ticarət və logistika
Magistratura pilləsi üzrə
1. Beynəlxalq iqtisadi münasibətlər
2.Strateji idarəetmə
3.Biznesin təşkili və idarə edilməsi (Bank işi)-MBA

