Axtarış

AZ EN

Haqqında

Naxçıvan Dövlət Universitetində Baytarlıq ixtisasına qəbul 2005-ci ildən aparılır. Baytarlıq ixtisası 2007-ci ilədək Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Zoologiya kafedrasının tərkibində fəaliyyət göstərmişdir. 30 may 2007-ci ildə ayrıca Baytarlıq kafedrası yaradılmışdır. Universitet Elmi Şurasının 29 oktyabr 2014-cü il tarixli iclasının 02 saylı protokolundan çıxarışa əsasən Naxçıvan Dövlət Universitetinin 31 oktyabr 2014-cü il tarixli 377 saylı əmri ilə Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tabeliyində olan “Baytarlıq” kafedrasının adı dəyişdirilərək “Baytarlıq təbabəti” adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş ixtisasların (proqramların) təsnifatında ixtisasın şifri və adı – 050704 Baytarlıq təbabəti kimi qəbul edilmişdir. Hazırda həm kafedranın, həm də ixtisasın adı Baytarlıq təbabəti adlanır.

Kafedra müdiri: 2008-2012-ci illərdə kafedraya baytarlıq üzrə fəlsəfə doktoru, dosent Etibar Nəsrulla oğlu Məmmədov, 2012-2023-cü ilin mart ayınadək baytarlıq üzrə fəlsəfə doktoru, dosent Yunis Məmmədəli oğlu Rüstəmli, 2023-cü ilin mart ayından kafedraya biologiya üzrə fəlsəfə doktoru, dosent Mahir Musa oğlu Məhərrəmov rəhbərlik edir.

Ø Haliyədə “Baytarlıq təbabəti” kafedrasında 9 müəl­­lim, 1 laboratoriya müdiri,

1 la­bo­rant və 1 preparator fəaliyyət göstərməkdədir. “Baytarlıq təbabəti” ka-­­

fedrasında elmi-pedaqoji fəa­liy­yət göstərən 9 əməkdaşdan 6 nəfəri tam ştat,

3 nə­fə­ri yarım ştatdır. Kafedra əmək­daş­la­rın­dan 5 nəfər do­­sent, 2 nəfər baş

müəllim, 2 nəfər müəllimdir.

Ø “Baytarlıq təbabəti” kafedrasında ali təhsilin ba­ka­lavr və magistratura pilləsi-

nin aşağıdakı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir:

Ø Bakalavr pilləsi üzrə: Baytarlıq, Baytarlıq təbabəti

Ø Magistratura pilləsi üzrə: Baytarlıq cərrahiyyəsi; Mamalıq-ginekologiya və

süni mayalanma; Parazitologiya və invazion xəstəliklər

Rəhbərlik və Heyət

Mahir Məhərrəmov

Mahir Məhərrəmov

kafedra müdiri,biologiya üzrə fəlsəfə doktoru

Etibar Məmmədov

Etibar Məmmədov

Biologiya üzrə elmlər doktoru

Yunis Rüstəmli

Yunis Rüstəmli

Baytarlıq üzrə fəlsəfə doktoru

Mirmahmud Seyidli

Mirmahmud Seyidli

Biologiya üzrə fəlsəfə doktoru

Tahirov Əli

Tahirov Əli

Biologiya üzrə fəlsəfə doktoru

Mirvasif Seyidov

Mirvasif Seyidov

Biologiya üzrə fəlsəfə doktoru

Asəf Ruşanov

Asəf Ruşanov

Aqrar elmlər üzrə fəlsəfə doktoru

Həsən Qənbərov

Həsən Qənbərov

Baş müəllim

Ağalarova Səma

Ağalarova Səma

Laboratoriya müdiri

Qocayev Sunay

Qocayev Sunay

Laborant