Axtarış

AZ EN

Haqqında

Naxçıvan Dövlət Universitetində Xarici dillər fakültəsi müstəqil olaraq 2020-ci ildən fəaliyyətə başlamışdır. Əvvəlki adı “Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsi” olan bu fakültənin tarixi çoxşaxəlidir. Belə ki, ilkin olaraq, 1998-1999-cu tədris ilində Tarix-Filologiya fakültəsinin nəzdində İngilis və Fransız dili ixtisasları, 2000-2001-ci tədris ilində Alman dili, 2001-2002 -ci tədris ilində Rus dili, 2003-2004 -cü tədris ilində isə Ərəb dili ixtisasları üzrə kadr hazırlığına başlanmışdır. 2006-cı ildən etibarən isə Tarix-Filologiya fakültəsinin nəzdindən ayrılaraq, Xarici dillər fakültəsi kimi fəaliyyətini davam etdirmişdir. 2007-2008-ci tədris ilində fakültədə yeni bir ixtisas olan Fars dili ixtisası üzrə kadr hazırlığına başlanmışdır. 2008-ci ildən 2020-ci ilə qədər Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsi kimi fəaliyyət göstərmişdir.

Xarici dillər fakültəsi tabeliyində 4 kafedra fəaliyyət göstərməkdədir: “İngilis dili və tərcümə”, “İngilis dili və metodika”, “Roman-German dilləri”, “Rus və Şərq dilləri”. Fakültədə professor-müəllim heyətinin sayı 57-dir. Onlardan 11 nəfəri filologiya üzrə fəlsəfə doktoru, dosent, 15 nəfəri baş müəllim, 31 nəfəri isə müəllimdir. Fakültədə Xarici dil müəllimliyi: ( İngilis dili), (Fransız dili), (Alman dili), (Rus dili) və Tərcümə: (İngilis -Azərbaycan dilləri) , (Ərəb-Azərbaycan dilləri) , (Fars- Azərbaycan dilləri) ixtisasları üzrə bakalavr hazırlığı həyata keçirilir.

Fakültənin müasir tələblərə cavab verən maddi-texniki bazası mövcuddur. Burada 80 yerlik iclas zalı, 80 yerlik auditorium, elektron kürsülü auditoriya, ən müasir avadanlıqlarla təchiz olunmuş komputer otağı, 2 linqafon kabinəsi və elektron lövhələrlə təchizatlandırılmış auditoriyalar mövcuddur. Hal-hazırda Xarici dillər fakültəsində 9 mərkəz fəaliyyət göstərməkdədir: ”Tədris-metodiki mərkəz” “Sinxron tərcümə mərkəzi” ,“Fransız dili ”, “İngilis dili ” , “Alman dili ”, “Rus dili ”, “Ərəb dili”, ”Fars dili ” mərkəzləri və “Tərcümə mərkəzi”. Tərcümə mərkəzində müvafiq 6 dildə tərcümələr aparılır. Yuxarıda adları sadalanmış dil mərkəzlərində tələbələrlə dərsdən kənar məşğələlər, diskussiyalar, tədbirlər keçirilir. Dil mərkəzləri bədii əsərlər , professor-müəllim heyətinin elmi nəaliyyətləri , dərs vəsaitləri ilə təchiz olunmuşdur ki, tələbələr istədikləri vaxt bu vəsaitlərdən yararlana bilərlər.

Fakültədə Xarici ölkə ədəbiyyatı kabinəsi mövcuddur. Əsasən, İngilis və Amerika ədəbiyyatına aid olan bədii əsərlər, tərcümə əsərləri tələbələrin dərsdən kənar mütailələri, fəaliyyətləri üçün olduqca faydalıdır.

Rəhbərlik və Heyət

Həsənov İsa

Həsənov İsa

Akademik məsləhətçi

Abdullayeva Ruqiyyə

Abdullayeva Ruqiyyə

Akademik məsləhətçi

Avropa dilləri kafedrası

Naxçıvan Dövlət Universiteti nəzdində 16 sentyabr 1973-cü ildən 224 saylı əmrlə “Rus və xarici dillər” kafedrası, sonra 25 may 1995-ci ildən 132 saylı əmrlə digər xarici dillərin tədris saatlarının artması ilə əlaqədar “Qərbi Avropa və Şərq dilləri” və “Rus dili” kafederalarına bölünmüş, daha sonra 01.09.2003-cü ildə yenidən bölünərək “Avropa dilləri” və “Şərq dilləri” kafedrası, 11.04.2009-cu ildə isə yenidən bölünərək “İngilis dili” və “Roman-german dilləri” kafedrası adlandırılmışdır. Hazırda kafedra "Avropa dilləri" kafedrası adlandırılmışdır.

Hazırda “Avropa dilləri” kafedrasında 2 ixtisas üzrə kadr hazırlığı aparılır – fransız dili müəllimliyi və alman dili müəllimliyi.

İngilis dili və metodika kafedrası

2014/2015- ci tədris ilinin sonunda (13.07.2015-ci il tarixdə) “İngilis dili” kafedrasında dərs yükünün həddindən artıq çox olmasını nəzərə alaraq qeyd olunan kafedra bazasında “İngilis dili və tərcümə” və “İngilis dili və metodika” kafedraları yaradılmışdr. Haliyədə həmin kafedrada 18 nəfər professor müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 3 nəfəri filologiya üzrə fəlsəfə doktorudur. Onlardan 4 nəfər baş müəllim, 10 nəfər müəllim, 1 nəfər baş laborantdır. Kafedranın müdiri filologiya üzrə fəlsəfə doktoru İsmayıllı Türkan Mehrac qızıdır.

İngilis dili və tərcümə kafedrası

İngilis dili kafedrası 1998-ci ildə təşkil olunmuş, 2015-ci ildən etibarən isə ixtisaslaşmaya əsasən “ İngilis dili və tərcümə”, “İngilis dili və metodika” kafedraları olaraq fəaliyyət göstərməyə başlamışdır.

Hazırda ”İngilis dili və tərcümə” kafedrasına həvalə olaraq filologiya üzrə fəlsəfə doktoru, dosent İ.M.Məmmədova rəhbərlik edir.

Şərq dilləri kafedrası

Hal-hazırda Naxçıvan Dövlət Universitetin “Rus və Şərq dilləri” kafedrası adlanan kafedra universitetin Azərbaycan Dövlət Pedaqoji İnstitunun Naxçıvan filialı kimi yarandıqdan sonra, 06 aprel 1970-ci ildən 54 saylı əmrlə “Dil-ədəbiyyat” kafedrasına daxil edilmiş, 16 sentyabr 1973-cü ildən 224 saylı əmrlə “Rus və xarici dillər”, 25 may 1995-ci ildən 132 saylı əmrlə digər xarici dillərin tədris saatlarının artması ilə əlaqədar yenidən “Rus dili” kafedrası adlandırılmış, 01 mart 2004-cü il tarixdən 34 saylı əmrlə “Rus dili və ədəbiyyatı müəllimi” ixtisasının açılması ilə bağlı “Rus dili və ədəbiyyatı” adlandırılmışdır.

2000-2001-ci tədris ilindən başlayaraq Naxçıvan Muxtar Respublikasının və ölkəmizin digər regionlarının, o cümlədən qonşu dövlətlərin ehtiyacını nəzərə alaraq NDU-da “Rus dili və ədəbiyyatı müəllimi” ixtisası açılmışdır. 2009-2010-cu tədris ilindən yeni təhsil sisteminə keçidlə əlaqədar olaraq “Rus dili və ədəbiyyatı müəllimi” ixtisası “Rus dili müəllimliyi” ixtisasına çevrilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 24 may 2018-ci il tarixli 94 saylı qərarı ilə Naxçıvan Dövlət Universitetinin yeni ştat cədvəli təsdiq olunduqdan sonra yeni ştat cədvəlinə uyğun məsələyə Universitet Elmi Şurasında baxılmış, “Rus dili və ədəbiyyatı”, “Şərq dilləri və ədəbiyyatı” kafedraları birləşdirilərək “Rus və Şərq dilləri” kafedrası adlandırılmışdır.Hazırda “Şərq dilləri” kafedrası adlandırılır.

 Hazırda “Şərq dilləri” kafedrasında 3 ixtisas üzrə kadr hazırlığı aparılır.