NDU-nun Nəbatat bağında yeni ağac sahələri salınıb
15.12.2025
04:53
Naxçıvan Dövlət Universitetində 12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı ağacəkmə aksiyası keçirilib.
Aksiyada universitetin rektoru Elbrus İsayev və rektorluq heyəti iştirak edib. Aksiya NDU-nun tabeliyində fəaliyyət göstərən Bioresurslar İnstitutunun Nəbatat bağında institut əməkdaşları ilə birgə həyata keçirilib.
Nəbatat bağında Narbənd ağac sortunu çoxaltmaq üçün calaqaltı növlərindən ibarət sahədə tinglər əkilib.

