Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı şəhərində Heydər Əliyev Sarayında tədbir keçirilib.
07.03.2025
07:57
Naxçıvan Dövlət Universitetinin Stomotologiya kafedrasının müəllimi Aygün Yusifova, Tibb fakültəsinin tələbəsi Bəhriyyə Mustafayeva və Xarici dillər fakültəsinin tələbəsi Nəsrin Babayeva Heydər Əliyev Sarayında keçirilən tədbirdə iştirak ediblər.
Tədbirdə görkəmli ictimai-siyasi xadimlər, millət vəkilləri, dövlət və özəl sektorun nümayəndələri, eləcə də qeyri-hökumət və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

