Tarix-filologiya fakültəsi 1967-ci ildə yaranmışdır. Tarix-filologiya fakültəsi 1995-ci ildən Tarix, Azərbaycan dili və ədəbiyyat, hüquqşünaslıq, kitabxanaçılıq, tarix və əlavə hüquq müəllimliyi təhsil ixtisasları fəaliyyət göstərmişdir. Hüquqşünaslıq ixtisası 1998-ci ildə İqtisadiyyat və hüquq fakültəsinin tabeliyinə verilmişdir.
Fakültədə Azərbaycan dilçiliyi, Azərbaycan ədəbiyyatı, Ümumi tarix, Azərbaycan tarixi kafedraları fəaliyyət göstərmişdir.
Fakültədə 2002-ci ildə Jurnalistika ixtisası açılmış, Jurnalistika və dünya ədəbiyyatı kafedrası yaranmışdır.
2009-cu ildə Kitabxanaçılıq kafedrası yaradılmış, 2018-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrasına birləşdirilmiş, 2020-ci ildə o kafedradan ayrılmış Muzeyşünaslıq , arxiv işi və abidələrin qorunması kafedrasının tərkibinə verilmişdir.
2012-ci ildə Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası açılmışdır.
Fakültədə “Tarix müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Tarix”, “Jurnalistika”, “Kitabxanaçılıq və informasiya”, “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması”, “Filologiya” ixtisasları üzrə bakalavr hazırlığı həyata keçirilir.
Qiyabi şöbədə “Tarix”, “Kitabxanaçılıq və informasiya fəaliyyəti”, “Filologiya”, “Muzey, arxiv işi və abidələrin qorunması”, “Tarix”, “Filologiya” (Azərbaycan dili və ədəbiyyatı ) əlavə ali təhsil ixtisasları üzrə bakalavr hazırlıqları həyata keçirilir.
Fakültə yarandığı gündən Fakültə Elmi Şurası yaradılmış, hazırda Elmi Şuranın sədri Arif Ağalarov, sədr müavini Qadir Əkbərov, elmi katib Abdulla Mustafayev, tərkibi 16 nəfərdən ibarətdir.
Hal-hazırda fakültədə 6 kafedra fəaliyyət göstərir.
- Azərbaycan dilçiliyi
- Azərbaycan ədəbiyyatı
- Azərbaycan tarixi
- Ümumi tarix
- Jurnalistika və xarici ölkələr ədəbiyyatı
- Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq
Fakültə dekanı: Filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Mamo oğlu Ağalarov
Tədris işləri üzrə dekan müavini: Tarix üzrə fəlsəfə doktoru, Qadir İsmayıl oğlu Əkbərov
Məsləhətçi professor: AMEAının müxbir üzvü, professor Hacıfəxrəddin Yəhya oğlu Səfərli
Akademik məsləhətçi (tyutor): Günay Adil qızı Ələkbərova
Aynur Bəhruz qızı Abbasova
Kompüter operatoru: Mahmudova Nahidə Paşa qızı
Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:
- Tarix müəllimliyi (əyani)
- Azərbaycan dili və ədəbiyyat müəllimliyi (əyani)
- Jurnalistika (əyani)
- Kitabxanaçılıq və informasiya fəaliyyəti (əyani və qiyabi şöbələr)
- Muzey, arxiv işi və abidələrin qorunması (əyani və qiyabi şöbələr)
- Tarix (əyani və qiyabi şöbələr)
- Filologiya (Azərbaycan dili və ədəbiyyatı) (əyani və qiyabi şöbələr)
Kafedralar
“Azərbaycan dilçiliyi” kafedrası
“Azərbaycan dilçiliyi” kafedrası ali təhsilin bakalavriat pilləsində, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” istiqaməti üzrə əsas aparıcı ixtisas kafedralarından biridir.
Gələcək mütəxəsislərin hazırlığında kafedra müxtəlif fənn üzrə tədris həyata keçirir. Tədris olunan fənlər yüksək ixtisaslı mütəxəsislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.
. 2018-ci ildə “Azərbaycan dilçiliyi” kafedrası nazirlər kabinetinin əmrinə əsasən “Azərbaycan ədəbiyyatı” kafedrasına birləşdirilərək “Azərbaycan dili və ədəbiyyatı” kafedrası yaranmışdır. 2024-cü ildə yenidən “Azərbaycan dilçiliyi” və “Azərbaycan ədəbiyyatı” kafedrası ayrılmışdır.
Kafedranın professor-müəllim heyətinin tərkibi 13 nəfərdən – 2 filologiya elmləri doktoru, professor, 8 filologiya üzrə fəlsəfə doktoru, dosent, 1 filologiya elmləri doktoru, dosent, 1 filologiya üzrə fəlsəfə doktoru, baş müəllim və 1 müəllimdən ibarətdir. Kafedranın 1 texniki heyəti var: 1 nəfər kafedranın baş laborantı
Kafedraya rəhbərlik
“Azərbaycan dili və ədəbiyyatı” kafedrası 13 mart 1970-ci ildə APİ-nin Naxçıvan filialında fəaliyyət göstərməyə başlamışdır. 31 may 1982-ci il tarixədək “Azərbaycan dili və ədəbiyyatı” kafedrasına prof. Axundlu Yavuz İbrahimxəlil oğlu rəhbərlik etmişdir. 31 may 1982-ci il tarixdə “Azərbaycan dili və ədəbiyyatı” kafedrası ayrılaraq “Azərbaycan ədəbiyyatı” və “Azərbaycan dilçiliyi” kafedraları yaranmışdır. 2018-ci ildə “Azərbaycan dilçiliyi” kafedrası nazirlər kabinetinin əmrinə əsasən “Azərbaycan ədəbiyyatı” kafedrasına birləşdirilib və “Azərbaycan dili və ədəbiyyatı” kafedrası yaranıb. Kafedraya prof. Qədimov Əsgər Nadir oğlu 2021-ci il sentyabradək rəhbərlik edib. 6 sentyabr 2022-ci ildən kafedraya Vəliyev Elburus Əli oğlu rəhbərlik edir.
Kafedranın tərkib hissəsi
- Elburus Əli oğlu Vəliyev – kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
- Sədaqət Qurbanəli qızı Həsənova – filologiya üzrə elmlər doktoru, professor
- Qalibə Əli qızı Hacıyeva – filologiya elmləri doktoru, dosent
- Qənirə İzətulla qızı Əsgərova – filologiya üzrə fəlsəfə doktoru, dosent
- Arifə Əziz qızı Zeynalova – filologiya üzrə fəlsəfə doktoru, dosent
- Arif Mamo oğlu Ağalarov – filologiya üzrə fəlsəfə doktoru, dosent
- Arzu Yusif qızı Abbasova – filologiya üzrə fəlsəfə doktoru, dosent
- Mehriban Adıgözəl qızı Əsədullasoy – filologiya üzrə fəlsəfə doktoru, dosent
- Zülfiyyə Hüseyn qızı İsmayıl – filologiya üzrə fəlsəfə doktoru, dosent
- Günay Asif qızı Şirəliyeva – filologiya üzrə fəlsəfə doktoru, dosent
- Nicat Əsgər oğlu Yaqubov – filologiya üzrə fəlsəfə doktoru, baş müəllim
- Məhərrəmova Səkinə Hüseyn qızı – “Azərbaycan dilçiliyi” kafedrasının baş laborantı
Azərbaycan ədəbiyyatı
Azərbaycan ədəbiyyatı kafedrası 13 mart 1970-ci ildə APİ-nin Naxçıvan filialında fəaliyyət göstərir. “Azərbaycan ədəbiyyatı” kafedrası 31 may 1982-ci ildə təşkil olunmuşdur. 2018-ci ildə “Azərbaycan dilçiliyi” kafedrası nazirlər kabinetinin əmrinə əsasən “Azərbaycan ədəbiyyatı” kafedrasına birləşdirilib və “Azərbaycan dili və ədəbiyyatı” kafedrası yaranıb. “Azərbaycan dili və ədəbiyyatı” kafedrası Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 30 may 2024-cü il tarixli iclasının qərarı ilə “Azərbaycan dilçiliyi” və “Azərbaycan ədəbiyyatı” kafedralarına ayrıldı.
Kafedranın professor-müəllim heyətinin tərkibi 12 nəfərdən – 1 nəfər professor, 7 nəfər filologiya üzrə fəlsəfə doktoru, dosent, 2 nəfər filologiya üzrə fəlsəfə doktoru, baş müəllimdən ibarətdir. Kafedranın 2 texniki heyəti var: 1 “Azərbaycan ədəbiyyatı” kabinəsinin müdiri, 1 nəfər kafedranın laborantı (filologiya üzrə fəlsəfə doktoru P.S.Əhmədova) var.
Azərbaycan ədəbiyyatı kafedrası 13 mart 1970-ci ildə APİ-nin Naxçıvan filialında fəaliyyət göstərdiyi müddətdən 31 may 1982-ci il tarixədək “Azərbaycan dili və ədəbiyyatı” kafedrasına prof. Axundlu Yavuz İbrahimxəlil oğlu rəhbərlik etmişdir. 31 may 1982-ci il tarixdən 01 noyabr 2007-ci il tarixədək professor Axundlu Yavuz İbrahimxəlil oğlu, 01 noyabr 2007-ci il tarixdən sentyabr 2021-ci ilədək professor Qədimov Əsgər Nadir oğlu rəhbərlik edib.
2018-ci ildə “Azərbaycan dilçiliyi” kafedrası nazirlər kabinetinin əmrinə əsasən “Azərbaycan ədəbiyyatı” kafedrasına birləşdirilib və “Azərbaycan dili və ədəbiyyatı” kafedrası yaranıb. Kafedraya prof. Qədimov Əsgər Nadir oğlu 2021-ci il sentyabradək rəhbərlik edib.
05 sentyabr 2022-ci il tarixdən 30 may 2024-cü il tarixədək “Azərbaycan dili və ədəbiyyatı” kafedrasına dosent, filologiya üzrə fəlsəfə doktoru Vəliyev Elburus Əli oğlu rəhbərlik edib.
30 may 2024-cü il tarixədək “Azərbaycan dili və ədəbiyyatı” kafedrası “Azərbaycan dilçiliyi” kafedrası və “Azərbaycan ədəbiyyatı” kafedrasına ayrılıb.
30 may 2024-cü il tarixdən “Azərbaycan ədəbiyyatı” kafedrasına müdir əvəzi vəzifəsi dosent, filologiya üzrə fəlsəfə doktoru Kərimli Xanəli Abbasəli oğluna ictimai əsaslarla həvalə edilib.
2024 cü il tarixdən “Azərbaycan ədəbiyyatı” kafedrasına dosent, filologiya üzrə fəlsəfə doktoru Əliyeva Nurlana Sabir qızı kafedra müdiri vəzifəsinə təyin edilib
Kafedranın tərkib hissəsi
1. Əliyeva Nurlana Sabir qızı - filologiya üzrə fəlsəfə doktoru, dosent, kafedra müdiri
2. Qədimov Əsgər Nadir oğlu – filologiya elmləri doktoru, professor
3. Əzimli Əbülfəz Tahir oğlu - filologiya üzrə fəlsəfə doktoru, dosent
4. Kərimli Xanəli Abbasəli oğlu - filologiya üzrə fəlsəfə doktoru, dosent, 0.5 ştat müəllim
5. Həşimov Əli Həsənqulu oğlu - filologiya üzrə fəlsəfə doktoru, dosent
6. Məmmədova Nüşabə Məmmədəli qızı - filologiya üzrə fəlsəfə doktoru, dosent
7. Behbudova Aypara Novruz qızı - filologiya üzrə fəlsəfə doktoru, dosent
8. Eyvazov Seyfəddin İbrahim oğlu - filologiya üzrə fəlsəfə doktoru, 0.5 ştat müəllim
9. İsmayılov Nadir Qəşəm oğlu - filologiya üzrə fəlsəfə doktoru, 0.5 ştat müəllim
10. Abuzərli Anar Ramazan oğlu - filologiya üzrə fəlsəfə doktoru
11. Qasımova Cənnət Qasım qızı – Azərbaycan dili və ədəbiyyatı kabinəsinin müdiri
12. Əhmədova Püstə Səməddin qızı – filologiya üzrə fəlsəfə doktoru, laborant
Azərbaycan tarixi kafedrası
Naxçıvan Dövlət Universiteti yarandığı ilk gündən onun nəzdində “Tarix” kafedrası yaradılmışdır. Bu kafedra 1984-cü ildən “Azərbayca tarixi” kafedrası adlandırılmışdır.
Hal-hazırda həmin kafedrada 11 nəfər əməkdaş fəaliyyət göstərir. Bunlardan 5 nəfər elmlər doktoru, 4 nəfər professor, 2 nəfər dosent, 4 nəfər fəlsəfə doktoru, 2 nəfər müəllimdir. Kafedraya t.e.d, professor Hüseynov Xəzər Allahverdi oğlu rəhbərlik edir.
Kafedraya rəhbərlik
1. Zəhmət Şahverdiyev 1984-1986
2. Mirhəşim Seyidov 1986-1990
3. Allahverdi Hüseynov 1990-2006
4. Zəhmət Şahverdiyev 2006-2022
5. Xəzər Hüseynov 2023-
Kafedranın professor – müəllim heyəti:
| 1. | t.e.d, professor | |
| 2. | AMEA-nın müxbir üzvü, professor | |
| 3. | AMEA-nın həqiqi üzvü, professor | |
| 4. | AMEA-nın müxbir üzvü, professor | |
| 5. | t.e.d, professor | |
| 6. | t.ü.f.d,baş müəllim | |
| 7. | t.ü.f.d,dosent | |
| 8. | t.ü.f.d,baş müəllim | |
| 9. | t.ü.f.d,baş müəllim | |
| 10 | Rəhimov Yaşar Nihat oğlu | t.ü.f.d, müəllim |
| 10. | Müəllim | |
| 11. | Müəllim | |
| 12. | Hacıyeva Əsli Adil qızı | Kabinə müdiri |
| 13 | Oruclu Nuranə Səfa qızı | Laborant |
ÜMUMİ TARİX KAFEDRASI
Tarix kafedrası 1967-ci ildə yaradılmış tarix bölməsinin əsasında formalaşmışdır.
“Ümumi tarix” kafedrası rektorluğun 10 sentyabr 1992-ci il tarixli 160 №li əmri əsasında təşkil olunmuşdur.
“Ümumi tarix” kafedrasının professor-müəllim heyətinin tərkibi 8 nəfərdən – 5 nəfər tarix üzrə fəlsəfə doktoru, dosent, 1 nəfər tarix üzrə fəlsəfə doktoru, müəllim, 2 nəfər müəllimdən ibarətdir. Kafedranın 1 texniki heyəti var: kafedranın laborantı.
Kaferaya rəhbərlik
Tarix kafedrası 1967-ci ildə yaradılmış tarix bölməsinin əsasında formalaşmışdır. Tarix bölməsinə 1967-ci ildən 1970-ci ilə qədər direktor vəzifəsində işləyən dosent Əli Əliyev rəhbərlik etmişdir. O, 1970-1973-cü illərdə isə tarix kafedrası kimi formalaşan kafedraya rəhbərlik etmişdir.
Tarix kafedrasına 1973-1984-cü illərdə tarix elmləri namizədi, dosent Ziyad Təhməzov, 19 dekabr 1984-cü ildən 20 sentyabr 1986-cı ilədək dosent Zəhmət Şahverdiyev, 1986-cı ilin sentyabr ayından 27 oktyabr 1992-ci ilə qədər tarix elmləri namizədi Mirhəşim Seyidov rəhbərlik etmişdir.
Tarix kafedrası rektorluğun 10 sentyabr 1992-ci il tarixli 160 №li əmri Azərbaycan tarixi və Ümumi tarix kafedralarına ayrılmışdır.
27 oktyabr 1992-ci ildən 18 dekabr 1997-ci ilə qədər dosent Həmzə Cəfərov, 18 dekabr 1997-ci ildən may 2008-ci ilə qədər tarix elmləri namizədi, dosent İsmayıl Zeynalov rəhbərlik etmişlər. 2008-ci ildən 2018-ci il iyun ayınadək dosent Kəngərli İlqar İsmayıl oğlu kafedraya rəhbərlik etmişdir.
İyun 2018-ci ildən 27 noyabr 2023-cü ilədək tarix üzrə fəlsəfə doktoru, dosent Cabbarlı Ələkbər Həsən oğlu kafedraya rəhbərlik etmişdir.
27 noyabr 2023-cü il tarixdən dosent Bağırov Rəsul Bəşirəli oğlu kafedraya rəhbərlik edir.
Kafedra müdiri: tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bəşirəli oğlu Bağırov
Kafedranın professor-müəllim heyəti:
- Rəsul Bəşirəli oğlu Bağırov – tarix üzrə fəlsəfə doktoru, dosent
- İsmayıl Əli oğlu Zeynalov – tarix üzrə fəlsəfə doktoru, dosent
- Abdulla Nəriman oğlu Mustafayev – tarix üzrə fəlsəfə doktoru, dosent
- İlqar İsmayıl oğlu Kəngərli – tarix üzrə fəlsəfə doktoru, dosent
- Xəlilov Toğrul Fərman oğlu – tarix üzrə elmlər doktoru, dosent
- Ruhiyyə Nemət qızı Rzayeva – tarix üzrə fəlsəfə doktoru, baş müəllim
- Məmmədov Emin Məmmədəli oğlu – tarix üzrə fəlsəfə doktoru
- Süleymanova Münəvvər Məhərrəm qızı- doktorant müəllim
- Quliyeva Rəqsanə Qəhrəman qızı – laborant
“Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrası
“Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrası ali təhsilin bakalavriat pilləsində, Jurnalistika ixtisası üzrə kadr hazırlayan kafedradır.
Universitetdə “Jurnalistika” ixtisası 2001-ci ildən fəaliyyət göstərir. Kafedra 2002-ci ildə “Jurnalistika və dünya ədəbiyyatı” kafedrası adı ilə təşkil olunmuşdur. 2018-ci ildən “Jurnalistika və kitbxanaçılıq”, 2020-ci ilin sentyabrından isə “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrası adı ilə regionda ali təhsilli jurnalist mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayır. Kafedraya 2001-2006-cı illərdə dos.İ.Cəfərov, 2006-2013-cü illərdə dos. S.Surə və 2013-cü ildən bu günədək filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva rəhbərlik edir. Bölmənin ilk buraxılışı 2005-ci ildə olmuşdur.
Bölmənin professor-müəllim heyətinin tərkibi 7 nəfərdən ibarətdir.
Kafedra müdiri: filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Kifayət qızı Şirəliyeva
Kafedranın professor-müəllim heyəti:
- Şəhla Kifayət qızı Şirəliyeva - kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
- İman Zeynalabdın oğlu Cəfərov – filologiya üzrə fəlsəfə doktoru, dosent
- Hikmət Mehdi oğlu Mehdiyev – filologiya üzrə fəlsəfə doktoru, dosent
- Xumar Şəmsi qızı Məmmədova – filologiya üzrə fəlsəfə doktoru, dosent
- Mehriban Paşa qızı Sultanova- filologiya üzrə fəlsəfə doktoru, baş müəllim
- Seyid Surə Namidar qızı - filologiya üzrə fəlsəfə doktoru, müəllim
- Elnarə İslam qızı Allahverdiyeva-siyasi elmlər üzrə fəlsəfə doktoru
- Səadət Əli qızı Əliyeva – baş müəllim
- Tarihli Gülay Abdulla – müəllim
“Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrası
KAFEDRANIN TARİXİ
Naxçıvan Dövlət Universitetinin nəzdində “Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq “ kafedrası 2012-ci ildə yaradılmışdır. Hazırda kafedranın 11 əməkdaşı vardır. Bunlardan 1 nəfəri elmlər doktoru, 5 nəfəri fəlsəfə doktoru, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, 2 nəfər müəllim və 1 nəfər laborantdır.
KAFEDRAYA RƏHBƏRLİK
Naxçıvan Dövlət Universitetinin rektorunun əmri ilə tarix üzrə fəlsəfə doktoru Əliyev Məmməd Həsən oğlu 2012-cı ilin sentyabr ayından etibarən kafedraya ictimai əsaslarla müdir təyin edilmişdir. 2015-ci ildən etibarən isə tam ştat kafedra müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir.
- Əliyev Məmməd Həsən oğlu- tarix üzrə fəlsəfə doktoru, kafedra müdiri
- Cəfərov Fəxrəddin Adil oğlu- tarix üzrə elmlər doktoru, baş müəllim
- İsmayılova Nəzakət Rza qızı- F.ü.f.d dos. Müəllim
- Nemətova Sədaqət Nəsir qızı- F.ü.f.d dos. Müəllim
- Məmmədova Şərəbanı Əli qızı- F.ü.f.d dos. Müəllim
- Seyidova Zenfira Sərvər qızı- müəllim
- Orucova Nərmin Zahir qızı- müəllim
- Ocaqquliyeva Sevda İsa qızı-müəllim
- Əliyeva Azadə Nazim qızı-müəllim
Tarix Filologiya Fakültəsinin elmi şurasının tərkibi
№
Soyadı, adı, ata adı
Vəzifəsi
Elmi dərəcə, Elmi ad
1
Ağalarov Arif Mamo oğlu
Sədr
Dekan, dosent, filologiya üzrə fəlsəfə doktoru
2
Mustafayev Abdulla Nəriman oğlu
Elmi katib
Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
3
Əkbərov Qadir İsmayıl oğlu
Üzv
Dekan müavini, Tarix üzrə fəlsəfə doktoru
4
Hüseynov Xəzər Allahverdi oğlu
Üzv
Azərbayan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, Professor
5
Bağırov Rəsul Bəşirəli oğlu
Üzv
Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru
6
Əliyeva Nurlana Sabir qızı
Üzv
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
7
Vəliyev Elbrus Əli oğlu
Üzv
Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
8
Əliyev Məmməd Həsən oğlu
Üzv
Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri, dosent, tarix üzrə fəlsəfə doktoru
9
Şirəliyeva Şəhla Kifayət qızı
Üzv
Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent, filologiya üzrə fəlsəfə doktoru
10
Cəfərov İman Zeynalabdin oğlu
Üzv
Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru
11
Həşimov Əli Həsənqulu oğlu
Üzv
Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru
12
Yaqubov Nicat Əsgər oğlu
Üzv
Azərbaycan dilçiliyi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru
13
Fəkültə həmkarlar təşkilatının sədri
Üzv
14
Fakültə TEC-in sədri
Üzv
15
Fəkültə həmkarlar təşkilatının sədri
Üzv
16
Tələbə Gənclər Təşkilatının sədri
Üzv

