
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsi 1992-ci ildə təşkil olunmuşdur. Beynəlxalq Əlaqələr Şöbəsi 1999-2001-ci illərdə Tempus Layihəsi çərçivəsində Avropa standartlarına uyğun olaraq, yenidən qurulmuşdur. Belə ki, 1999-cu ildə Avropa Şurasının “Tempus” proqramı çərçivəsində rektor, akademik İsa Həbibbəyli tərəfindən hazırlanmış “Naxçıvan Dövlət Universitetində Beynəlxalq Əlaqələr Şöbəsinin yaradılması” layihəsi Avropa Komissiyasının universitetlərarası müsabiqəsində qəbul olunmuşdur.
Layihə çərçivəsində Avropa universitetlərinin nümayəndələri Naxçıvan Dövlət Universitetində olmuş, təcrübə mübadiləsi aparmışlar. Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və əməkdaşları layihə əsasında Avropa universitetlərindən iş təcrübəsini öyrənmişlər. Bundan başqa, layihə əsasında Naxçıvan Dövlət Universitetində Beynəlxalq Əlaqələr Şöbəsi yenidən formalaşdırılmış və müasir avadanlıqlarla təchiz edilmişdir. Fəaliyyətə başladığı gündən Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələri sürətlə inkişaf etməkdədir. Bu dövrdə xarici ölkələrin bir çox qabaqcıl təhsil və elm mərkəzləri ilə əlaqələr qurulmuş, əməkdaşlığa başlanılmışdır.
Naxçıvan Dövlət Universitetinin (NDU) Beynəlxalq əlaqələr şöbəsinin əsas fəaliyyəti universitetin beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, tanınmış universitetlərarası şəbəkələrə, təşkilatlara üzv olmaqla yanaşı, yeni akademik tərəfdaşlıq əlaqələrinin qurulması və NDU-nun beynəlmiləlləşmə siyasətindən irəli gələn məsələlərin həllini əhatə edir. Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklər, beynəlxalq və yerli təşkilatlarla əməkdaşlığa da xüsusi diqqət yetirilir. NDU-nun beynəlxalq əməkdaşlıq tarixi uzun illərin ənənələrinə, tarixi təcrübəyə söykənir və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və yeni tərəfdaşlıq əlaqələrinin qurulması prioritet məsələ hesab olunur.
Bu gün beynəlxalq elm və təhsil məkanında özünəməxsus yeri olan NDU dünyanın bir çox tanınmış universitetləri ilə ortaq layihələr həyata keçirir və tərəfdaş universitetlər ilə aktiv şəkildə əməkdaşlığını inkişaf etdirir. NDU-nun beynəlmilələşmə siyasətinə uyğun olaraq beynəlxalq əlaqələr şöbəsi bu siyasətdə öz əksini tapan əsas istiqamət üzrə beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir. Hazırda NDU-nun dünyanın bir sıra ölkələrində onlarla universitet ilə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlıqlar çərçivəsində tələbələrin və əməkdaşların mübadiləsi, birgə elmi layihələrin, ortaq proqramların, kursların və tədris planlarının hazırlanması həyata keçirilir.
Naxçıvan Dövlət Universitetinin Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Rusiya, Macarıstan, Misir Ərəb Respublikası, Pakistan İslam Respublikası, Cənubi Koreya Respublikası, Çin Xalq Respublikası, Avstriya və digər ölkələrin universitetləri ilə əməkdaşlıq əlaqələri mövcuddur.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin fəaliyyətlərinə aşağıdakılar daxildir.
1. Beynəlxalq və diplomatik səviyyəli görüşlərin keçirilməsi
2. Erasmus, Erasmus+, Erasmus+Mundus və Mevlana proqramları çərçivəsində tələbə-müəllim mobilliyinin həyata keçirilməsi
3. Beynəlxalq layihələrin idarəçiliyi
4. Dünyanın qabaqcıl universitetləri ilə beynəlxalq əməkdaşlıq sahəsində müqavilələrin imzalanması
BEYNƏLXALQ ƏLAQƏLƏR ŞÖBƏSİNİN STRUKTURU
Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri
Ruqiyyə Hüseyn qızı KərimovaMübadilə məsələləri üzrə koordinator
Mətanət Təyyar qızı MustafayevaLayihə meneceri
Vakant
BEYNƏLXALQ ƏLAQƏLƏR ŞÖBƏSİNİN SƏNƏDLƏRİ
BEYNƏLXALQ ƏLAQƏLƏR ŞÖBƏSİNƏ DAİR TƏDBİRLƏR
- Xarici Dillər fakültəsinin “İngilis dili və tərcümə” ixtisası üzrə II kurs tələbəsi Solmaz Məhərrəmova da bu imkandan yararlanaraq, bir semestr müddətində Türkiyə Respublikasının İstanbul Aydın Universitetində təhsilini uğurla başa vurub
- Naxçıvan Dövlət Universitetinin Tarix filologoiya fakültəsinin Jurnalistika ixtisasının 3cü kurs tələbəsi Səmayə Rəsulova və İncəsənət fakültəsinin Rəngkarlıq ixtisasının 2 kurs tələbəsi Günay Zamanova beynəlxalq mübadilə çərçivəsində bir semestr təhsilini Türkiyə Respublikasının Atatürk universitetində uğurla başa vurublar.
- Qısa müddətlik istehsalat təcrübələrini Karadeniz Teknik Universitetində tamamlayıb, sertifikatla təmin olunmuş Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil alan tələbələrimizə uğurlar arzu edirik.
- 06.03.2025 ci il tarixində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsi tərəfindən "Beynəlxalq tələbə mübadiləsi" ilə bağlı İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinə infosessiya keçirilib.
- 26-27 fevral 2025-ci il tarixində Fizika-Riyaziyyat fakültəsinin və Tarix filologiya fakültəsinin tələbələri üçün 'Beynəlxalq Tələbə Mübadiləsi' mövzusunda məlumatlandırıcı infosessiya təşkil olunmuşdur.
- Beynəlxalq Əlaqələr Şöbəsinin könüllü tələbələri ilə görüş keçirilib.
- 03.03.2025-ci il tarixində Universitetin Tibb fakültəsi ilə mübadilə məsələlərinə dair görüş keçirilmişdir.
- 28.02.2025 ci il tarixdə İncəsənət fakultəsi və Memarlıq və mühəndislik fakultəsinin tələbələri üçün "Beynəlxalq tələbə mübadiləsi" ilə bağlı Infoday keçirilib.
- 24-25 fevral 2025-ci il tarixində Beynəlxalq münasibətlər və Hüquq fakultəsinin və Xarici Dillər fakültəsinin tələbələri üçün "Beynəlxalq tələbə mübadiləsi" ilə bağlı Infoday keçirilib.
- Naxçıvan Dövlət Universitetinin bir qrup tələbəsi 2024-2025-ci tədris ilində növbəti dəfə tələbə mobilliyi vasitəsilə yerli və xarici universitetlərdə təhsillərini davam etdirəcək.
- 22-yanvar 2025-ci il tarixində Azərbaycan Dillər Universitetinə təcrübəyə gedəcək tələbələrlə görüş keçirilib.
- 11 yanvar 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetində akademik məsləhətçilərlə beynəlxalq mübadilə proqramlarına dair görüş keçirilib.

