Naxçıvan Dövlət Universitetinin tələbələri STEAM Mərkəzində olublar
25.04.2024
13:28
NDU-nun Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə V kurs tələbələri STEAM Mərkəzi ilə tanış olublar. Tanışlıq zamanı tələbələrə məlumat verilib ki, zəruri avadanlıqlarla təmin olunan mərkəzdə xüsusi istedadı ilə seçilən bacarıqlı şagirdlər təhsil alır.
Bildirilib ki, mərkəz həmçinin innovativ texnologiyalardan istifadə və tətbiqetmə bacarıqlarının şagirdlərdə formalaşdırılması, onların irəli sürdüyü ideyaların reallaşmasına da dəstək göstərir.

