
Naxçıvan Dövlət Universiteti beynəlxalq akademik əməkdaşlığı daha da inkişaf etdirərək dünyanın dörd müxtəlif ölkəsindən 17 professor və müəllimi universitetə dəvət etmişdir. Bu təlim və tədqiqat fəaliyyətləri ilə məşğul olan əcnəbi müəllimlər, universitetin akademik potensialının artırılmasına, xarici təcrübələrin öyrənilməsinə və tədqiqat bacarıqlarının möhkəmləndirilməsinə böyük töhfə verəcəklər.
Naxçıvan Dövlət Universiteti, əcnəbi professor və müəllimlərin tədris fəaliyyəti vasitəsilə həm də tədqiqat sahələrində yeni mülahizələr və yanaşmaların ortaya çıxmasına, elmi diskussiyaların aparılmasına və universitetin beynəlxalq aləmdə tanınmasının artırılmasına yönəlmiş strateji addımlar atmaqdadır. Bu təşəbbüs, NDU-nun tədris və tədqiqat fəaliyyətlərinin daha da inkişaf etdirilməsi, müasir təhsil və elmi standartlara cavab verən keyfiyyətli təhsil mühitinin yaradılması məqsədini daşıyır.
Bu təşəbbüsün həyata keçirilməsi, həmçinin tələbələrin akademik biliklərini genişləndirmək, onları müxtəlif ölkələrdən gələn təcrübəli müəllimlərdən mühazirələrin dinlənilməsi və onların qlobal səviyyədə rəqabət qabiliyyətini artırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Əcnəbi müəllimlərin verdiyi müsahibələrə və iştirak etdikləri tədbirlərə dair keçidlər (Facebook) :
- Əcnəbi müəllimlərin tədris prosesinə qoşulması davam edir.İstanbul Universitetinin dosenti Osman Akgül
- Əcnəbi müəllimlərin tədris prosesinə qoşulması davam edir.Qaziantep Universitetinin Təhsil elmləri kafedrasının professoru Erdal Bay
- Əcnəbi müəllimlərin tədris prosesinə qoşulması davam edir.İstanbul Universitetinin professoru Aslı Beyhan Acar
- Əcnəbi müəllimlərin tədris prosesinə qoşulması davam edir.İstanbul Universitetinin, İdarəetmə fakültəsinin dekanı, professor Halim Kazan
- Əcnəbi müəllimlərin tədris prosesinə qoşulması davam edir.İstanbul Universitetinin, Ekonometriya kafedrasının müdiri, professor Kutluk Kağan Sümer
Əcnəbi müəllimlərin verdiyi müsahibələrə və iştirak etdikləri tədbirlərə dair keçidlər (Youtube) :
- Metin Ünver-İstanbul Universitetinin dosenti
- Faruk Yıldırım-Qaradəniz Texniki Universitetinin professoru
- İbrahim Giritlioğlu-Qaziantep Universiteti Turizm fakültəsinin professoru
- Alaskar Özperçin-İstanbul Universiteti-Cərrahpaşa-nın dosenti
- Tülin Öztürk-İstanbul Universiteti - Cərrahpaşa-nin professoru
- Gökhan Ünal-Erciyes Universitetinin dosenti
- Gülten Kara-Qaradəniz Texniki Universitetinin müəllimi, dosent
- Fevzi Karslı-Qaradəniz Texniki Universitetinin professor
- Mahmud Ad-Diki-İordaniyanın Al-əl Beyt Universitetinin professoru
- Osman Akgül-İstanbul Universitetinin dosenti
- Erdal Bay-Qaziantep Universitetinin Təhsil elmləri kafedrasının professoru
- Aysel Ersoy-İstanbul Universiteti-Cerrahpaşanın professoru
- Aslı Beyhan Acar-İstanbul Universitetinin professoru
- Halim Kazan-İstanbul Universitetinin, İdarəetmə fakültəsinin dekanı, professor
- Kutluk Kağan Sümer-İstanbul Universitetinin, Ekonometriya kafedrasının müdiri, professor

